Məhkəmə qərarları › İş №2(067)-63/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-63/2021

31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-63/2021 31.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qanunsuz sahibliyindən torpaq sahəsini istifadəsinə qaytarmaqla torpaq sahəsinin cizgilər daxilində tamlığını bərpa edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6000 manat məbləğində pulun, Cavabdeh4 və Cavabdeh3 20000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdehlər iddia ərizəsinin baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar