Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-655/2021 15.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızının iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızı ərizə ilə məhkəməyə müraciət edərək, JN-174 nömrəli, 30209108 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər ailə üzvləri X4, X6, X5 ilə birlikdə, ərizəçilər- Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızına məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızı ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən onlara və ailə üzvlərinə Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində cəmi 1,31 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair JN-174 seriyalı 30209108 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Lakin Dövlət Aktında Ərizəçi1 adı səhvən “Xavər” kimi, Heybətova (Səfərova) Elnarə Nurulla qızının adı səhvən Elnurə kimi yazılmışdır. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş,ərizənin təmin olunmasını xahiş emişdir. O, əlavə olaraq göstərmişdir ki, məhkəməyə təqdim etdiyi şahidləri ərizəsində göstərdiyi halları təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi Heybətova (Səfərova) Elnarə Nurulla qızı izahat verərək göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində cəmi 1,31 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-174 seriyalı 30209108 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Lakin Dövlət Aktında onun adı səhvən “Elnurə” kimi, qardaşının adı səhvən “Xavər” kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahəsini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 izahatında göstərmişdir ki, ərizəçinin bağ qonşusudur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçilərə və ailə üzvlərinə Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində 1,31 ha pay torpaq sahəsi verilib. Lakin Dövlət Aktında Ərizəçi1 adı səhvən “Xavər” kimi, onun bacısı Ərizəçi2 adı səhvən “Elnurə” kimi qeyd edilib. Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçilərin istifadəsindədir. O, təsdiq edir ki, JN-174 seriyalı 30209108 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilər Ərizəçi1, Heybətova (Səfərova) Elnarə Nurulla qızına və onların ailə üzvlərinə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 izahatında göstərmişdir ki, ərizəçilərin əmisi oğlu və qonşusudur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçilərə və ailə üzvlərinə Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində 1,31 ha pay torpaq sahəsi verilmiş, lakin Dövlət Aktında Ərizəçi1 adı səhvən “Xavər” kimi, onun bacısı Ərizəçi2 adı səhvən “Elnurə” kimi qeyd edilmişdir. Təsdiq edir ki, JN-174 seriyalı 30209108 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilər Ərizəçi1, Heybətova (Səfərova) Elnarə Nurulla qızına və onların ailə üzvlərinə məxsusdur. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Xaçmaz rayonunun Ağyazı kəndində doğulmaqla, Ağyazı-Buduq kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heybətova (Səfərova) X8 rayonunun Ağyazı kəndində doğulmaqla, Quba rayonunun Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-174 seriyalı 30209108 kodlu Dövlət Aktından müəyyən olunur ki, Ərizəçi1, Heybətova (Səfərova) Elnarə Nurulla qızının və digər ailə üzviləri olan X1, X3, X2 mülkiyyətinə Xaçmaz rayonunun Ağyazı- Buduq kəndində cəmi 1,31 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-174 seriyalı 30209108 kodlu Dövlət Aktından müəyyən olunur ki, Ərizəçi1 adı səhvən “Xavər” kimi, Heybətova (Səfərova) Elnarə Nurulla qızının adı səhvən Elnurə kimi yazılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçiər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-174 seriyalı 30209108 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızına sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-174 seriyalı 30209108 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Heybətova (Səfərova) Elnarə Nurulla qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-655/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-655/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver