Məhkəmə qərarları › İş №2(067)-734/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-734/2021

01.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-734/2021 01.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18, Ərizəçi iştirakları ilə Ərizəçi «Şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X9 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş X1 əri olmuşdur. X10 1977-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və birgə nikahlarından xx xxxxxx 1979-cu il tarixdə Ramin adlı bir nəfər uşaqları anadan olmuşdur. 1987-ci ildə əri Anatoliylə boşanmışlar. Boşandıqdan sonra Anatoliy evdən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır, bu günə qədər onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumatı yoxdur. Əri ilə boşandıqdan sonra o, valideynlərinin evində qalıb yaşamış, atası X5 övladlığa götürmüş və onun doğum haqqında şəhadətnaməsində soyadı onun atasının soyadına uyğun olaraq Seyidov, ata adı da atasının adı ilə Seyidəhməd oğlu yazılmışdır. X2 xx xxxx 2009-cu ildə vəfat etmişdir. X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binası mərhum oğlu Ramin də olmaqla 7 nəfərin ümumi birgə mülkiyyətidir. Oğlu Ramindən miras qalmış həmin əmlakı vərəsəlik qaydasında adına keçirmək məqsədilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə ona mərhum oğlu Raminin doğma atasının da vərəsə olduğunu, əgər o, sağ deyildirsə mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim edilməli olduğunu bildirmişlər. Ona görə də mərhum əri X16 üçün ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ərinin ölümü barədə heç bir sənəd əldə edib təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş əri X9 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş X16 bacısı Nadejdanın keçmiş əri olmuşdur. Nadejda ilə Anatoliy 1977-ci ildə ilə rəsmi nikah bağlamaqla evlənmişlər və onların birgə nikahlarından xx xxxxxx 1979-cu il tarixdə Ramin adlı bir nəfər uşaqları anadan olmuşdur. 1987-ci ildə Nadejda ilə Anatoliy boşanmışlar. Boşandıqdan sonra Anatoliy evdən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır, bu günə qədər onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumat yoxdur. X15 miras qalmış əmlakı vərəsəlik qaydasında adına keçirmək məqsədilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariusda ona mərhum oğlu Raminin doğma atasının da vərəsə olduğunu, əgər o, sağ deyildirsə mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim edilməli olduğunu bildirmişlər. Ona görə də bacısı Nadejda mərhum əri Anatoliy üçün ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ərinin ölümü barədə heç bir sənəd əldə edib təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. 1987-ci ildən hal-hazıra kimi bacısının əri Anatoliy barəsində heç bir məlumat yoxdur. Eşitdiklərinə görə X7 getdikdən sonra orada yaşayıb sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qonşusu X8 şahid X4 ifadəsi ilə eyni müzmunlu ifadə vermişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qediyyatdadır. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, X11 Ərizəçi arasında xx xxxx 1977-ci il tarixdə Maraqlı şəxsndə 33 nömrəli nikah akt qeydi tərtib olunmuşdur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X12 birgə nikahlarından xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunda Ramin adlı bir nəfər uşaqları anadan olmuşdur. Mülki işə əlavə olunmuş xx xxx 1987-ci il tarixli, İ-CQ seriyalı, 414089 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X17 arasındakı nikah xx xxxx 1987-ci il tarixdə Maraqlı şəxsndə ləğv edilmişdir. Mülki işə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 005499 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X2 xx xxxx 2009-cu ildə Xaçmaz şəhərində vəfat etmişdir. Mülki işə əlavə olunmuş, şahidlərin iştirakı ilə tərtib edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş aktdan görünür ki, həqiqətən də Ərizəçi 1977-ci ildə X10 ailə həyatı qurmuş, onların birgə nikahlarından Ramin adlı bir nəfər uşaqları anadan olmuşdur. Ramin Seyidov 2009-cu ildə vəfat etmişdir. Ərizəçi əri X10 1987-ci ildə boşanmışlar. Boşandıqdan sonra X16 Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır.Bu günə kimi həmin şəxsin sağ olub-olmamasından heç bir məlumat yoxdur. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Polis Şöbəsinin xx xxxxx 2021-ci il tarixli, 160-7727-1221 nömrəli məktubundan görünür ki, X16 barəsində Xaçmaz rayon Polis Şöbəsində axtarış işi, mülki axtarış və ya hər hansı bir məlumat qeydə alınmamışdır Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 33/888 nömrəli məktubdan görünür ki, X9 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş X16 Ərizəçi keçmiş əri olmuşdur. Ərizəçi ilə X16 1977-ci ildə ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından xx xxxxxx 1979-cu il tarixdə Ramin adlı bir nəfər uşaqları anadan olmuşdur. Ərizəçi ilə X16 1987-ci ildə boşanmışlar. Boşandıqdan sonra Şeverda Anatoliy evdən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Hal-hazıra kimi onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumat yoxdur. Əri ilə boşandıqdan sonra Ərizəçi valideynlərinin evində qalıb yaşamış, atası Seyidəhməd Seyidov onun oğlu Ramini övladlığa götürmüş və uşağın doğum haqqında şəhadətnaməsində soyadı ərizəçinin atasının soyadına uyğun olaraq Seyidov, ata adı da atasının adı ilə Seyidəhməd oğlu yazılmışdır. Ərizəçinin X2 xx xxxx 2009-cu ildə vəfat etmişdir. Oğlu Raminin vəfatından sonra oğlundan miras qalmış əmlakı vərəsəlik qaydasında adına rəsmiləşdirmək məqsədilə Ərizəçi Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə notarius ona mərhum oğlu Raminin doğma atasının da vərəsə olduğunu, əgər o, sağ deyildirsə mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim edilməli olduğunu bildirmişdir. Ona görə də Ərizəçi mərhum əri X16 üçün ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ərinin ölümü barədə heç bir sənəd əldə edib təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə tədqiqatı zamanı Ərizəçi əri- 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş X9 1987-ci ildə Rusiya Federasiyasına getməsi və bir daha geri qayıtmaması, onun barəsində 1987-ci ildən hal-hazıradək heç bir məlumatın olmaması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, X16 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 1947-ci ildə Rusiya Federasiyasında anadan olmuş X16 ölmüş elan edilsin. Bu barədə X9 adına ölüm haqqında şəhadətnamə verilsin. X9 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar