Məhkəmə qərarları › İş №2(067)-797/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-797/2021

22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-797/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babaları X1 miras qalmış mərhum ataları X2 tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini və üzərində tikilmiş yaşayış evinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İş üzrə cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat kontoruna müraciət etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilməlidir. Həmçinin iddiaçılara müvafiq notariat kontoruna müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işin hazırlıq icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilsin. İddiaçılara müvafiq notariat kontoruna müraciət etmək hüquqları izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar