Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-809/2021 16.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Xaçmaz şəhəri, R.Axundov küçəsi, 39 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmaları barədə iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Xaçmaz şəhəri, R.Axundov küçəsi, 39 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Göstərilənlərlə yanaşı iddia ərizəsini araşdıraraq müəyyən etdim ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini iddiaçının adından onun nümayəndəsi və vəkili N.A.Kərimlinin imzaladığı göstərilsə də, həmin şəxsin səlahiyyətlərini təsdiq edən sənəd lazımi qaydada təsdiq edilməmişdir. Buna görə də, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərinin olub-olmadığı müəyyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Xaçmaz şəhəri, R.Axundov küçəsi, 39 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-809/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-809/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver