Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-91/2021 04.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi, Üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1982-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Asif Ağayev ruhi xəstədir, adaptasiya pozuntusu, psixi davranış pozğunluğundan əziyyət çəkir. Öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır, onun üzərində qəyyum təyin edilməsi zəruridir. Psixi pozuntusu ilə əlaqədar dəfələrlə X1 Mərkəzində müalicə almışdır. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki. X5 xx.xx.1982-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X2 qeyd edilmişdir. İş materiallarından müəyyən olunur ki, X5 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər Quba rayon PNRM-da stasionar müalicədə olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X5 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində depressiv reaksiya müəyyən edilir. X5 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Buna görə də X5 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-91/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-91/2021
04.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver