Məhkəmə qərarları › İş №2(067)-997/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-997/2021

04.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-997/2021 04.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Xaçmaz peşə məktəbinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Xaçmaz rayon peşə məktəbinə qarşı əmək haqqına əlavənin ödənilməsi tələbinə dair mülki işə 04 may 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon peşə məktəbi tərəfindən 2006cı ildən 2019-cu ilin sentyabr ayına qədər əmək haqqına 15% əlavənin ona ödənilməyən hissəsinin ödənilməsi və 2020-ci ilin sonuna qədər əmək haqqından artıq tutulan vergi tutulmalarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildən 3-cü qrup gözdən əlil olmaqla Xaçmaz rayon peşə məktəbində əmək fəaliyyətinə başlamış, hazrdı həmin məktəbdə müəllim işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 saylı qərarına görə «Əlilliyi olan şəxslərin əmək haqqına 15% əlavənin və vergi tutulmalarının güzəştlə ödənilməsinə görə 2006-cı ildən dəfələrlə Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarının ona da şamil olunması barədə peşə məktəbinin rəhbərliyinə müraciət etmişdir. Lakin ərizələri cavabsız qalmışdır. 2019-cu ildən yenidən məktəb rəhbərliyinə ərizə ilə müraciət etmişdir. məktəb tərəfindən ona 2019-cu ilin sentyabr ayından başlayaraq həmin 15% əlavə ona ödənilmiş, lakin vergi tutulmaları yenə əvvəlki kimi qalmışdır. 2020-ci ildə yenidən məktəb rəhbərliyinə müraciət etmişdir ki, əmək haqqına 15% əlavə və vergi tutulmaları güzəştlə ödənilməlidir. Cavabdeh 06 yanvar 2021ci il 01 saylı məktubu ilə 2006-cı ildən başlayaraq ona çatacaq əmək haqqına 15% əlavənin və güzəştlə vergi tutulmalarının geori qaytarılmasından imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır və iddia təmin olunmalıdır. Xaçmaz rayon peşə məktəbinin 06 yanvar 2021-ci il 01 saylı məktubu onunla əsaslandırılmışdır ki, 2006-cı ildə 3-cü qrup olmasına baxmayaroaq vaxtında müraciət edilmədiyi üçün əlilliyə görə 15% əmək haqqına əlavə olunmamışdır və 2020-ci ilin sonunadək ondan vergi tutulmuşdur. Xaçmaz rayon peşə məktəbi hesab edir ki, guya 2006-cı ildə müraciət edilməmişdir. 2019-cu ildə müraciət edildiyinə görə həmin əmək haqqına əlavənin ödənilməsi 2019-cu ilin sentyabr ayından başlanılmışdır. Lakin vergi tutulmaları ondan 2020-ci ilin sonunadək tutulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında nümayəndə Xaçmaz rayon peşə məktəbi tərəfindən 2006-cı ildən 2019cu ilin sentyabr ayına qədər iddiaçının əmək haqqına 15% əlavənin ödənilməyən hissəsinin ödənilməsi və 2020-ci ilin sonuna qədər əmək haqqından artıq tutulan vergi tutulmalarının iddiaçıya ödənilməsi barədə iddiasının təmin olunmasına etiraz etməmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, əslində iddiaçı tələbini Xaçmaz rayon peşə məktəbinə qarşı irəli sürmüşdür. Lakin məhakəmə araşdırması zamanı Xaçmaz rayon peşə məktəbi adlanan təşkilatın mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçı iddia tələbini Xaçmaz rayon peşə məktəbinə qarşı deyil, Xaçmaz peşə məktəbinə qarşı irəli sürməli idi. Bundan başqa iddiaçı iddia tələbinin nəticə və xahiş etdi hissəsində tələb olunan pul məbləğinin kimdən və yaxud da hansı təşkilatdan tutulmasına dair öz tələbini dəqiq müəyyən etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Xaçmaz rayon peşə məktəbinə qarşı əmək haqqına əlavənin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar