Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-121/2021 27.05.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini X2, Kreditor Borclu qarşı “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı ərizə ilə müraciət edərək, 27 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Borclu onun xeyrinə tutulmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditorla borclunun birgə nikahından 27 mart 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunmalıdır ki, kreditor birgə nikahdan olmuş uşağın onun himayəsində olduğunu, borclunun ona uzun müddətdir maddi yardım göstərmədiyini bildirir, lakin bu halları təsdiq edən hər hansı sənəd əlavə etmir. Tərəflər arasında alimentin ödənilməsi ilə bağlı sazişin olub-olmamasının, habelə borclunun ümumiyyətlə ödəniş qabiliyyətli olubolmamasının araşdırılmasına da zərurət vardır. Bu səbəbdən hesab edirəm ki, hazırki iş üzrə məhkəmə iclası keçirilmədən, əlavə sübutların mövcudluğu müəyyən edilmədən, xüsusilə də tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən alimentin tutulmasına dair tələbin tam əsaslılığı hazırda aşkar hesab edilə bilməz. Ona görə də, ərizənin icraata qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hazırki qərardad kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-121/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-121/2021
27.05.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver