Məhkəmə qərarları › İş №2(068)-167/2021

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-167/2021

30.09.2021 · Sair mülki iş - Digər -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-167/2021 30.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi "şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi "şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - Maraqlı şəxs2 müalicə üçün narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 30 sentyabr 2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi göstərilən tarixdə məhkəmənin birinci çağırışına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi "şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi" barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver