Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-2/2021 07.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız sayılması, çıxarışların ləğvi, üzərindəki tikililər sökülməklə torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 101 saylı qərarı ilə ayrılmış 0.20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 verilmiş ********** və ********** qeydiyyat nömrəli, 13 sentyabr 2018-ci il tarixli dövlət reyestrindən çıxarışların ləğv edilməsi, cavabdehlərin qeyd edilən torpaq sahəsindən çıxarılması və torpaq sahəsində mövcud olan tikililərin cavabdehlər tərəfindən sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 101 saylı qərarı ilə ayrılmış 0.20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, Xızı kənd İcraiyyə Komitəsinin 31 iyul 1991-ci il tarixli, 52 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız sayılması, X1 adına verilmiş 21 iyul 2008-ci il tarixli, ********** nömrəli çıxarışın, Sumqayıt şəhəri 2 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-61 nömrəli 07 oktyabr 2008-ci il tarixli bağışlama müqaviləsinin, X2 adına verilmiş 24 oktyabr 2008-ci il tarixli, ********** nömrəli çıxarışın, Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Əliyeva X.R tərəfindən təsdiq olunmuş 10 avqust 2018-ci il tarixli, 2V-659 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin və 10 avqust 2018-3M-514 nömrəli “Miras payının bağışlanmasına dair müqavilə”nin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 verilmiş ********** və ********** qeydiyyat nömrəli, 13 sentyabr 2018-ci il tarixli dövlət reyestrindən çıxarışların ləğv edilməsi, cavabdehlərin qeyd edilən torpaq sahəsindən çıxarılması və torpaq sahəsində mövcud olan tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(068)-94/2019 saylı qərardadı ilə iddia tələbinin «Xızı kənd İcraiyyə Komitəsinin 31 iyul 1991-ci il tarixli, 52 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız sayılması» hissədə xitam verilməsi və iddia tələbinə digər hissədə mülki məhkəmə icraatı qaydasında baxılması davam etdirilməsi qərara alınmış, eyni zamanda iddiaçıya iddia tələbinin «Xızı kənd İcraiyyə Komitəsinin 31 iyul 1991-ci il tarixli, 52 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız sayılması» hissədə aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilməmiş və Xızı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(068)-94/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxış iclası 07 oktyabr 2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin, lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinin 3-cü hissəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2021-ci il tarixli, 10/2785 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı İddiaçı, 50 %-i, yəni 50 (əlli) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız sayılması, çıxarışların ləğvi, üzərindəki tikililər sökülməklə torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı İddiaçı, 50 %-i, yəni 50 (əlli) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-2/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-2/2021
07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver