Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-1/2024 28.02.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi olan Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Quluzadə (Axundova) Fərqanə Çingiz qızına və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasına qarşı “ailə mübahisələri üzrə uşaq” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Quluzadə (Axundova) Fərqanə Çingiz qızından 28 mart 2009-cu il təvəllüdlü X7 və 09 iyun 2015-ci il təvəllüdlü X11 onun yanında qalmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə xx.xx.2007-ci ildə ailə münasibətlərinə daxil olaraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009cu ildə Nəzrin və xx.xx.2015-ci ildə Ayxan adında uşaqları olmuşdur. Nikahlarının ilk vaxtlarında Fərqanə ilə münasibətləri normal olmuş lakin, sonradan xasiyyətlərində olan uyğunsuzluq nəticəsində ayrılmışlar və Xocavənd Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(069)-75/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqları Nəzrin və Ayxan anaları Fərqanənin yanında qalması müəyyən olunmuş və ondan hər uşaq üçün 220 manat alimentin alınıb verilməsi barədə qətnamə çıxarılmışdır. 19 iyun 2023-cü il tarixdə, saat 17:20-də X1 bibisi X9 onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, Fərqanə onların xəbəri olmadan adını bilmədiyi kişiyə ərə gedərək qoşulub qaçmış və uşaqları Nəzrin və Ayxan evdə tək qalmışlar. O, həmin vaxt Fərqanənin anası Vəsilə Quliyevanın evinə getmiş və ona məlum olmuşdur ki, Fərqanə uşaqları Nəzrin və Ayxanı evdə yiyəsiz qoyaraq qoşulub qaçmışdır. O, uşaqlarının yanına gedən vaxt polis əməkdaşları Vəsiləgilə gəlmiş və ona məlum olmuşdur ki, Fərqanənin uşaqlarını evdə yiyəsiz qoyub kiməsə qoşulub qaçması barədə Vəsilə DİN-nin “102” xidmətinə məlumat vermiş və polis əməkdaşları müraciətlə bağlı hadisə yerinə gəlmişlər. Həmin vaxt Fərqanənin anası Vəsilə Quliyeva, artıq Fərqanə onun tanımadığı kişiyə qoşulub qaçmasını və uşaqlarının yiyəsiz qalmamaları üçün onları özü ilə aparmağını bildirmişdir. O, 19 iyun 2023-cü ildə uşaqları Nəzrin və Ayxanı özü ilə götürüb yaşadığı evə aparmışdır. Hal hazırda uşaqları Nəzrin və Ayxan onun himayəsində (yanında) yaşayır və onların təlim tərbiyələri ilə özü məşğul olur. Qızı Nəzrin “orta dərəcəli əqli gerilik” F 71 və “nitq inkişafının spesifik pozuntusu” F 80,0 xəstəliyindən əziyyət çəkir. O, övladlarını tək böyüdür. Fərqanə Axundova uşaqlarını atıb getdiyinə görə Nəzrin və Ayxan onun öhdəsində himayəsində (yanında) olmaqla bir ata kimi onların tərbiyyəsi, bütün maddi və digər tələbləri onun tərəfindən ödənilir. Maddi vəziyyəti o qədərdə yüksək olmadığı üçün Sosial müavinətlərin verilməsi üçün Sosial Müdafiə mərkəzinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Uşaqlarının öhdəsində olmaları faktının müəyyən edilməsi ona dövlət tərəfindən verilən Sosial müavinətləri almağı üçün lazımdır. Uşaqlarının onun himayəsində yaşamalarını onunla qonşuluqda yaşayan qonşularıda təsdiq edə bilərlər. Ona görə də, cavabdeh Quluzadə (Axundova) Fərqanə Çingiz qızından 28 mart 2009-cu il təvəllüdlü X7 və 09 iyun 2015-ci il təvəllüdlü X11 onun yanında qalmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi olan Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəməyə ərizə təqdim edib göstərmişdir ki, İddiaçı cavabdehlər Quluzadə (Axundova) Fərqanə Çingiz qızına və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasına qarşı “ailə mübahisələri üzrə uşaq” tələbinə dair iddiasını müdafiə edir. Ona görə də, qətnamə çıxarılarkən 100 manat ekspertiza xərcini İddiaçı tutulması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Quluzadə (Axundova) Fərqanə Çingiz qızı və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyası lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə Quluzadə (Axundova) Fərqanə Çingiz qızının və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, İddiaçı vəkili və nümayəndəsi olan Vəkil izahatını dinləyib, Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının və Məhkəmə-psixoloji ekspertizasının rəylərini, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seryalı 313270 saylı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 1992-ci il tarixdə daimi yaşayış yeri Xocavənd rayonunu tərk etmişdir. İş materialında olan AA ******* seryalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə doğulmuş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 Başçısının Kuropatkin kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-52-6/2-132/2023 saylı və 5-52-6/2-133/2023 saylı arayışlarından görünür ki, Xocavənd rayonu, Kuropatkin kənd sakini İddiaçı hal-hazırda Beyləqan rayon inzibati ərazisində salınmış, Xocavənd rayon 500 ailəlik Xocavənd qəsəbəsi ev 297-də ailə üzvüləri qızı: X13 və oğlu: X18 onun himayəsində olmaqla məskunlaşıb yaşayır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T seriyalı 244820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T seriyalı 244821 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X18 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəemə Birliyi” X22 “Beyləqan Rayonu Mərkəzi Xəstəxanası” X21 xx.xx.2023-cü il tarixli, 1125 saylı tibbi arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X18 “Praktiki sağlamdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb Dispanserinin xx.xx.2023-cü il tarixli, 1876 saylı tibbi rəyininin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X13 “0rta dərəcəli əqli gerlik” F 71, “Nitq inkişafının spesifik pozulması” F 80,0 xəstəliyi ilkin diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə X5, X19, X15 tərəfindən tərtib olunmuş və Cavabdeh1 Başçısının Kuropatkin kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2009-cu ildə anadan olmuş X13 və xx.xx.2015-ci ildə anadan olmuş X18 ataları İddiaçı himayəsində (yanında) yaşayırlar. İş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-75/2023 saylı qətnaməsinin surətindən görünür ki, Axundova (Quluzadə) Fərqanə Çingiz qızı ilə İddiaçı arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində 21 sentyabr 2007-ci il tarixdə bağlanmış və 156 №-ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 28 mart 2009-cu il təvəllüdlü X13 və 09 iyun 2015-ci il təvəllüdlü X18 anası Axundova (Quluzadə) Fərqanə Çingiz qızının yanında qalmış, İddiaçı 13 mart 2023cü il tarixdən başlayaraq, 28 mart 2009-cu il təvəllüdlü X7 və 09 iyun 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 220 manat sabit pul məbləğində aliment Axundova (Quluzadə) Fərqanə Çingiz qızının xeyrinə tutulmuşdur. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/0918/144828-23 saylı arayışdan görünür ki, İddiaçı subaydır və onun nikah bağlamasına mane olan hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “1 nömrəli X4 Yaşıllaşdırılması və Ekolologiyası” MMC-nin xx.xx.2023-cü il tarixli, 11-12-73-129/2023 saylı arayışından görünür ki, İddiaçı xx.xx.20219-cu il tarixdən hal-hazıradək “1 nömrəli X4 Yaşıllaşdırılması və Ekolologiyası” MMC-də sürücü işləyir. Aylıq əmək haqqı 465 manat təşkil edir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 439837 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və 2023-cü ilin avqust ayının 23-də 107 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X12 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞC/1/00940 saylı Mediyasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı uşaqlarının himayəsində qalmaları tələbinə dair müraciətinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş materiallarında olan X12 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, M.Ş.C/1/00940 saylı Mediasiya Sesiyasında (İMS) iştirak edilməsi barədə arayışından görünür ki, İddiaçı X3 qarşı uşaqlarının himayəsində qalmaları tələbinə dair müraciət etmiş, X8 İMS-də iştirak etməmişdir. İş materiallarında olan Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 28 mart 2009-cu il təvəllüdlü X13 və 09 iyun 2015-ci il təvəllüdlü X18 ataları İddiaçı himayəsində (yanında) olduğundan və onun yanında yaşadıqlarından X7 və X11 ataları İddiaçı himayəsində (yanında) olması məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 22/634 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11 hal-hazırda anası X3 və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2009-cu il təvəllüdlü X7 psixi vəziyyəti ilə əlaqədar olaraq onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır. xx.xx.2015-ci il təvəllüdlü X11 bacısı xx.xx.2009-cu il təvəllüdlü X10 hissiemosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmaması onun emosional-iradi sferasına neqativ təsir göstərə bilər. xx.xx.2009-cu il təvəllüdlü X13 psixi inkişafına görə ailədə maraqlarına toxunan məsələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. xx.xx.2015-ci il təvəllüdlü X11 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X11 emosional-iradi sferasına və anası X3 olan münasibətinə neqativ təsir göstərmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş materiallarında olan cavabdeh Quluzadə (Axundova) Fərqanə Çingiz qızının ərizəsindən görünür ki, İddiaçı ona və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasına qarşı ailə mübahisələri üzrə uşaq tələbinə dair iddiasını qəbul edir. Heç bir vəsadəti yoxdur, iddianı məhkəməyə çıxarılaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Quluzadə (Axundova) X6 rayon Qeydiyyat Şöbəsində xx.xx.2007-ci tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X18 adlı iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 28 mart 2009-cu il təvəllüdlü X13 və 09 iyun 2015-ci il təvəllüdlü X18 anası Axundova (Quluzadə) Fərqanə Çingiz qızının yanında qalmış, İddiaçı 13 mart 2023-cü il tarixdən başlayaraq, 28 mart 2009-cu il təvəllüdlü X7 və 09 iyun 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 220 manat sabit pul məbləğində aliment Axundova (Quluzadə) Fərqanə Çingiz qızının xeyrinə tutulmuşdur. Göründüyü kimi nikah pozulduqdan sonra Cavabdeh2 uşaqları evdə yiyəsiz qoymuş, ərə gedərək qoşulub qaçmışdır. Bununla bağlı cavabdehin anası Vəsilə Quliyeva uşaqlarının yiyəsiz qalmaması üçün iddiaçıya uşaqları özü ilə aparmağını bildirmiş, bundan sonra iddiaçı uşaqları özü ilə aparmış və uşaqlar 19 iyun 2023-cü ildən hazırki vaxta kimi yanında yaşamaqla, onların təlim tərbiyələri ilə özü məşğul olur. Bundan başqa Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə 28 mart 2009-cu il təvəllüdlü X13 və 09 iyun 2015-ci il təvəllüdlü X18 ataları İddiaçı himayəsində (yanında) olduğundan və onun yanında yaşadıqlarından atasının yanında olmasını məqsədəmüvafiq hesab etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 22/634 saylı rəyi ilə xx.xx.2015-ci il təvəllüdlü X11 atası İddiaçı bağlılığının daha çox olması, xx.xx.2015-ci il təvəllüdlü X11 bacısı xx.xx.2009-cu il təvəllüdlü X10 hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmaması onun emosional-iradi sferasına neqativ təsir göstərə bilməsi, xx.xx.2009-cu il təvəllüdlü X13 psixi inkişafına görə ailədə maraqlarına toxunan məsələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaması, xx.xx.2015-ci il təvəllüdlü X11 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmaması, valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X11 emosional-iradi sferasına və anası X3 olan münasibətinə neqativ təsir göstərməsi müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında cavabdeh Quluzadə (Axundova) Fərqanə Çingiz qızı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasına qarşı ailə mübahisələri üzrə uşaq tələbinə dair iddiasını qəbul etdiyini, heç bir vəsadətinin olmadığını, iddianı məhkəməyə çıxarılaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci madəsinə əsasən, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, Cavabdeh1 Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini, cavabdeh iddianı etiraf edərək, uşaqların atasının yanında qalmasına etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır təmin edilməli, İddiaçı ilə Quluzadə (Axundova) Fərqanə Çingiz qızının birgə nikahlarından olan 28 mart 2009-cu il təvəllüdlü X7 və 09 iyun 2015-ci il təvəllüdlü X11 atası İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 birgə nikahlarından olan 28 mart 2009-cu il təvəllüdlü X13 və 09 iyun 2015-ci il təvəllüdlü X18 atası İddiaçı yanında qalmaları müəyyən edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-1/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-1/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver