Məhkəmə qərarları › İş №2(071)-587/2021

Hacıqabul Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(071)-587/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Hacıqabul rayonu İş № 2(071)-587/2021 05.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: 15.01.2020-ci il tarixli SRK5780936 nomrəli borc müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Borclu dəyəri 854 manat olan məişət avadanlığını ilkin ödəniş 14 manat olmaqla 20 ay müddətinə hər ay 42 manat ödənilməsi şərti ilə nisyə satmışdır. 29.10.2020-ci il tarixli SRK5887221 nomrəli borc müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Borclu dəyəri 619 manat olan məişət avadanlığını ilkin ödəniş 4 manat olmaqla 15 ay müddətinə hər ay 41 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, borclu aldığı məişət avadanlığının dəyərini müəyyən edilmiş müddət ərzində kreditora tam ödəməmişdir. Bu səbəbdən kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclunun 15.01.2020-ci il tarixli borc müqaviləsi üsrə 462 manat, 29.10.2020-ci il tarixli borc müqaviləsi üzrə 615 manat olmaqla, ümumilikdə "xxxx" MMC-yə 1.077 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, kreditorun tələbi aşkar olduğundan və tələb sadə yazılı formada bağlanmış müqaviləyə əsaslandığından Kreditorun tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1963-cü ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş və Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan - Borclu 15.01.2020-ci il tarixli borc müqaviləsi üsrə 462 manat, 29.10.2020-ci il tarixli borc müqaviləsi üzrə 615 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.097 (bir min doxsan yeddi) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Hacıqabul rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmri icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar