Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-673/2021 07.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 14.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları - 06.03.2012-ci il təvəllüdlü X1, 11.03.2014-cü il təvəllüdlü X2 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 19.05.2011-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 06.03.2012-ci il təvəllüdlü X5, 11.03.2014-cü il təvəllüdlü X6 və 28.09.2017-ci il təvəllüdlü X7 adlı üç uşağı var. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Ailə qurduqdan sonra bir müddət ailə münasibətləri normal olsa da, son vaxtlar cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün, nikahın pozulması və aliment tələbi haqqında iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-459/2018 nömrəli qətnaməsi ilə cavabehlə aralarında olan nikah pozulmuş və hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin cavabdehin maddi durumu ilə bağlı o, verilən alimentdən müvəqqəti olaraq, yazılı imtina etmişdir. İcra sənədinin icrasına xitam verilmişdir. O, hazırda uşaqların maddi tələbatını ödəyə bilmir. Mediasiya Şurasının 06.10.2021-ci il tarixli “2021-003747” saylı qərarı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən Cavabdeh, birgə nikahdan doğulmuş 06.03.2012-ci il təvəllüdlü X5, 11.03.2014-cü il təvəllüdlü X6 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə razı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları 06.03.2012-ci il təvəllüdlü X5, 11.03.2014-cü il təvəllüdlü X6 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.10.2013-cü il tarixli AZ-İ İİİ 163000 nömrəli, 15.02.2016-cı il tarixli AZ-İİİ 707174 nömrəli və 19.10.2017-ci il tarixli AZ-İV 005912 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 06.03.2012-ci il təvəllüdlü X5, 11.03.2014-cü il təvəllüdlü X6 və 28.09.2017-ci il təvəllüdlü X7 adlı üç uşağı var. Hacıqabul rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-459/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 19.05.2011-ci il tarixdə 164 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Cavabdeh övladları - 06.03.2012-ci il təvəllüdlü X1, 11.03.2014-cü il təvəllüdlü X2 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli 09.07.2018-ci il tarixdən hesablanmaqla hər ay, hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ərizə ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Cavabdeh aliment tələb etmədiyini bildirmişdir. Bu səbəbdən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi İ.Rüstəmov icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(071)-459/2018 nömrəli icra vərəqəsinin icrasına xitam verilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. X4 Əsmər İlqar qızı və Cavabdeh arasında bağlanmış 06.10.2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh birgə nikahdan doğulmuş övladları - 06.03.2012-ci il təvəllüdlü X1, 11.03.2014-cü il təvəllüdlü X2 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimenti İddiaçı ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 06.10.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 06.03.2012-ci il təvəllüdlü X1, 11.03.2014-cü il təvəllüdlü X2 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 06.03.2012-ci il təvəllüdlü X1, 11.03.2014-cü il təvəllüdlü X2 və 28.09.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-673/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-673/2021
07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver