Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-682/2021 22.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulmuş 25.09.2007-ci il təvəllüdlü X2, 30.12.2012-ci il təvəllüdlü X3 və 27.12.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, cavabdehlə 2006-cı ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 25.09.2007-ci il təvəllüdlü Səkinə, 30.12.2012-ci il təvəllüdlü Mədinə və 27.12.2017-ci il təvəllüdlü Əliəkbər adlı üç uşağı var. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Son vaxtlar cavabdeh ailəsinə laqeyd yanaşır ailəsinin maddi vəziyyəti ilə maraqlanmır. Cavabdehlə aralarında rəsmi nikah olmadığından atalıq faktı müəyyən olunmuşdur. Hazırda uşaqların saxlanmasında çətinlik çəkir və cavabdehin maddi cəhətdən yardımına ehtiyacı var. 07.10.2021-ci il tarixdə Mediasiya Şurasında cavabdehlə aralarında alimentin məbləğinə dair razılıq əldə etmişlər. Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 150 manat aliment ödəməyə razılaşmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə 2006-cı ildə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların 25.09.2007-ci il təvəllüdlü Səkinə, 30.12.2012-ci il təvəllüdlü Mədinə və 27.12.2017-ci il təvəllüdlü Əliəkbər adlı üç uşağı var. Rəsmi nikahları olmadığına görə uşaqlara atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışlar. O, övladlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa 50 manat olmaqla, cəmi 150 manat aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən 03.04.2008-ci il tarixdə verilmiş AZ-İİ 053201 nömrəli, 14.01.2013-cü il tarixdə verilmiş AZ-İİİ 032780 nömrəli və 13.02.2018-ci il tarixli AZ-İV 022860 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin faktiki nikahdan 25.09.2007-ci il təvəllüdlü X5, 30.12.2012-ci il təvəllüdlü X6 və 27.12.2017-ci il təvəllüdlü X4 adında üç uşağı var. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən 03.04.2008-ci il tarixdə verilmiş AZ-İ 034686 nömrəli, 14.01.2013-cü il tarixdə verilmiş AZ-İ 158893 nömrəli və 13.02.2018-ci il tarixli AZ-İ 342122 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, 25.09.2007-ci il təvəllüdlü X2, 30.12.2012-ci il təvəllüdlü X3 və 27.12.2017-ci il təvəllüdlü X1 ataları Cavabdeh hesab edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. 07.10.2021-ci il tarixdə Mediasiya Şurasında İddiaçı və Cavabdeh arasında bağlanmış sazişdən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 150 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 07.10.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladları - 25.09.2007-ci il təvəllüdlü X5, 30.12.2012-ci il təvəllüdlü X6 və 27.12.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 20.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladları - 25.09.2007-ci il təvəllüdlü X5, 30.12.2012-ci il təvəllüdlü X6 və 27.12.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 20.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-682/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-682/2021
22.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver