Məhkəmə qərarları › İş №2(073)-1343/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1343/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1343/2023 28.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi sənədin məxsus olması və işləməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Dövlət Arxivinin 07 iyun 2023-cü il tarixli, 3-48-12RA/2-227 nömrəli arxiv arayışının ona məxsus olması və onun 1977-ci ilin iyul ayından 1992-ci ilin yanvar ayına kimi Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxx 1960cı il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuşdur. Subay vaxtı Dünyamalıyeva soyadını daşısa da 03 aprel 1982-ci il tarixdə rəsmi nikahla X5 ilə ailə qurduqdan sonra Ağayeva soyadını daşıyır. Ərizəçi ilk əmək fəaliyyətinə 1977-ci ilin iyul ayında Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməklə başlamış və 1992-ci ilə kimi həmin sovxozda fəhlə işləmişdir. Lakin onun sovxozda işləməsi barədə əmək kitabçası yoxdur. Bacısı Ərizəçi yaşadığı Türkiyə Respublikasında əmək pensiyasına çıxmaq istəyir. Lakin onun Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməsi barədə əmək kitabçası olmadığından, onun işləməsi barədə arxiv arayışı almaq üçün Cəlilabad rayon Dövlət Arxivinə müraciət etmişdir. Arxivdən ona verilmiş 07 iyun 2023-cü il tarixli, 3-48-12RA/2-227 nömrəli arxiv arayışında göstərilmişdir ki, «Məmmədyarov» adına sovxozun əmr kitabları arxivə təhvil verilmədiyi üçün Ərizəçi işə girmə və işdən çıxma əmrləri və 1989-cu ildən sonrakı illərin şəxsi hesab kitabları arxivə tam təhvil verilmədiyi üçün əmək haqqı barədə heç bir məlumat aşkar edilməmişdir. Buna baxmayaraq bacısı Ərizəçi «Məmmədyarov» adına sovxozda 1977-ci ilin iyul ayından 1989-cu ilə kimi əmək haqqı cədvəli həmin arxiv arayışında əsasən qeyd edilmişdir. Bundan başqa, arxiv arayışında qeyd edilmişdir ki, «Məmmədyarov» adına sovxozda işlədiyi dövrdə şəxsi hesab kitablarında bacısı Həbibənin soyadı həm Dünyamalıyeva kimi, həm də Həsənova kimi yazılmışdır. Bildirir ki, bacısı Ərizəçi subay vaxtı Dünyamalıyeva soyadını daşımışdır. Həsənova soyadı isə onun anasının soyadıdır. Buna baxmayaraq Ərizəçi 1977-ci ilin iyul ayından 1992-ci ilə kimi Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməsini həmin vaxtı sovxozda onunla birlikdə işləmiş şahidlər təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 07 iyun 2023-cü il tarixli, 3-48-12RA/2-227 nömrəli arxiv arayışından görünür ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “Məmmədyarov” adına sovxozun 1977-1980, 1982, 1988-ci illər üzrə şəxsi hesab kitablarına əsasən X1 qızının 1977-ci ilin iyul-dekabr aylarında, 1978-ci ilin yanvar-iyul, sentyabr, noyabr-dekabr aylarında, 1979-cu ilin yanvar-dekabr aylarında, 1980-ci ilin yanvar-iyul, sentyabr-dekabr aylarında, 1982-ci ilin yanvar ayında, 1988-ci ilin aprel, oktyabr və dekabr aylarında əmək haqqı alması barədə qeydlər vardır. Həmçinin həmin arxiv arayışından görünür ki, “Məmmədyarov” sovxozunun əmr kitabları arxivə təhvil verilmədiyi üçün Ərizəçi işə girmə və işdən çıxma əmrləri, 1989-cu ildən sonrakı illərin şəxsi hesab kitabları arxivə tam təhvil verilmədiyi üçün əmək haqqı barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilatvə müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.i Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Ərizəçi Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda işləməsi faktının müəyyən edilməsi tələbi hüquqi əhəmiyyətli (pensiya hüququ) olduğundan və ərizəçinin 1977-ci ilin iyul ayından 1978-ci ilin avqust ayına kimi, 1978-ci ilin sentyabr ayında, 1978-ci ilin noyabr ayından 1980-ci ilin avqust ayına kimi, 1980-ci ilin sentyabr ayından 1982-ci ilin fevral ayına kimi, 1988-ci ilin aprel, oktyabr və dekabr aylarında Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməsi Cəlilabad rayon Dövlət Arxivinin 07 iyun 2023-cü il tarixli, 3- 48-12RA/2-227 nömrəli arxiv arayışı ilə təsdiq olunduğundan Azəbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələblərinə əsasən iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə işləməsini təsdiq edən arxiv arayışı ilə arayışda qeyd edilən əmək fəaliyyəti dövrünün əmək stajına daxil edilməsi üçün Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etməli olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbayjan Respublikası MPM-nin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi 1977-ci ilin iyul ayından 1978-ci ilin avqust ayına kimi, 1978-ci ilin sentyabr ayında, 1978-ci ilin noyabr ayından 1980-ci ilin avqust ayına kimi, 1980-ci ilin sentyabr ayından 1982-ci ilin fevral ayına kimi, 1988-ci ilin aprel, oktyabr və dekabr aylarında Cəlilabad rayon keçmiş «Məmmədyarov» adına sovxozda fəhlə işləməsi Cəlilabad rayon Dövlət Arxivinin 07 iyun 2023-cü il tarixli, 3-48-12RA/2-227 nömrəli arxiv arayışı ilə təsdiqləndiyi üçün həmin hissədə iş məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, işləməsini təsdiq edən arxiv arayışı ilə arayışda qeyd edilən əmək fəaliyyəti dövrünün əmək stajına daxil edilməsi üçün Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün muddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar