Məhkəmə qərarları › İş №2(073)-142/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-142/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-142/2023 21.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Meyti oğlunun, İddiaçı3, İddiaçı4 və X1 Cavabdeh qarşı əmlak bölgüsünün aparılması və onlara düşən payın naturada müəyyən edilərək təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Meyti oğlu, İddiaçı3, İddiaçı4 və X2 Cavabdeh qarşı əmlak bölgüsünün aparılması və onlara düşən payın naturada müəyyən edilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X3 məxsus həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin vərəsələr arasında bölünərək vərəsəlik payının müəyyən edilməsi və naturada təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşin məhkəmə iclası 10 fevral 2023-cü il tarixə saat 10:00-a və 21 fevral 2023-cü il tarixə saat 11:30-a təyin edilmiş, məhkəmənin yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Meyti oğlunun, İddiaçı3, İddiaçı4 və X1 Cavabdeh qarşı əmlak bölgüsünün aparılması və onlara düşən payın naturada müəyyən edilərək təhvil verilməsi tələbinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar