Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-165/2024 27.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi X2 tərəfindən verilmiş vəsiyyətnamə ilə ötürülmüş mirası qəbul etmə müddətinin uzadılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən verilmiş vəsiyyətnamə ilə ötürülmüş mirası qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, X2 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən 0,50 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi həmin torpaq sahəsini X14 sağlığı dövründən istifadə edir. X2 xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. X14 vəfatından sonra Ərizəçi işi ilə əlaqədar məcburiyyət qarşısında ölkə ərazisindən çıxmış və uzun müddət ölkə ərazisində olmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi vəsiyyətnamə ilə bağlı mirası qəbul etməsi barədə ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin həmin Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. Hesab edir ki, ərizəçi mirası qəbul etmə müddətini üzrlü səbəbdən ötürmüşdür. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər X12, X6 və Cəlilabad rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər X8, X3 və Cəlilabad rayon 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 3-21-3- 44/2-2783/2023 saylı məktubdan görünür ki, X2nın adına Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən ü/s 66.2 kv.m, 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hazırda adındadır. İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 796/12 saylı ölüm haqqında arayışdan görünür ki, X10 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 09/12 saylı arayışdan görünür ki, 01 aprel 1938-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş X7 uşaqları haqqında məlumatın müəyyən edilməsi məqsədilə 08 yanvar 2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X7 uşaqları haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi X2ndan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsi verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X2 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən 0,50 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi həmin torpaq sahəsini X14 sağlığı dövründən istifadə eetmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X14 vəfatından sonra Ərizəçi işi ilə əlaqədar məcburiyyət qarşısında ölkə ərazisindən çıxmış və uzun müddət ölkə ərazisində olmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi vəsiyyətnamə ilə bağlı mirası qəbul etməsi barədə ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İş materiallarından görünür ki, Ərizəçi mirası qəbul etmə müddətini üzrlü səbəbdən ötürmüşdür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli və X2 tərəfindən verilmiş 11 may 2010cu il tarixli vəsiyyətnamə ilə mirası qəbul etmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 (otuz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X2 tərəfindən verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamə ilə mirası qəbul etmə müddəti uzadılsın. İş üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-165/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-165/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver