Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-18/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi və istifadələrində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, Cəlilabad rayon İcra Hakimiyyətinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 1500 kvadrat metr torpaq sahəsinin icarə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 və Cavabdeh5 qanunsuz tikililər haqqında verilmiş sərəncamların ləğv edilməsi, istifadələrində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 26 noyabr 2001-ci il tarixli, 271 saylı və 10 avqust 2010cu il tarixli, 93 saylı sərəncamlarının və Cavabdeh5 verilmiş qanunsuz tikililər haqqında sərəncamın ləğv edilməsi, istifadələrində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cəlilabad Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(073)-18/2025 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, Cəlilabad rayon İcra Hakimiyyətinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 26 noyabr 2001ci il tarixli, 271 saylı və 10 avqust 2010-cu il tarixli, 93 saylı sərəncamlarının və Cavabdeh5 verilmiş qanunsuz tikililər haqqında sərəncamın ləğv edilməsi, istifadələrində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddia tələbinə, Cavabdeh3 verilmiş Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 26 noyabr 2001-ci il tarixli, 271 saylı və 10 avqust 2010cu il tarixli, 93 saylı sərəncamlarının və Cavabdeh5 verilmiş qanunsuz tikililər haqqında sərəncamın ləğv edilməsinə və istifadələrində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə Xudat oğlu iddianı müdafiə edərək, verdiyi izahatında göstərdi ki, iddiaçıların mərhum atası X11 1994-cü ildə yeganə təsisçi olmaqla kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü özü üçün “Tərlan-70” adlı kiçik müəssisəsini yaratmışdır. O, 1995-ci ildə rəhbərlik etdiyi müəssisəyə torpaq sahəsi verilməsi məqsədi ilə keçmiş Ruhulla Axundov adına sovxozun rəhbərliyinə ərizə ilə müraciət etmiş və sovxozun 30 may 1995-ci il tarixli, 13 saylı qərarı ilə müəsissəyə 0,60 ha, yəni altı min kvadrat metr boş torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin qərar rayon X15 göndərilmiş və sonuncu dövlət orqanında 0,60 ha torpaq sahəsinin “Tərlan-70” müəssisəsinə verilməsi barədə 30 iyun 1995-ci tarixdə qərar qəbul etmişdir. Daha sonra isə Cəlilabad rayon XDS-nin həmin qərarın təhkim aktına əsasən qeyd edilən 0,60 ha torpaq sahəsi rayonun Bakı-Astara yolu ərazisində, hazırda fəaliyyət göstərən Cəlilabad rayon Elektrik Satışı İdarəsi ilə üzbə-üz olan yerdə təhvil verilmişdir. Təhkim aktını diqqətlə oxuduqda məlum olur ki, “Tərlan-70” müəssisəsi üçün ayrılmış torpaq sahəsinin cənub tərəfində “Vüqar” müəssisəsi üçün torpaq sahəsi ayrılsa da ərazinin şimal və qərb tərəfində sovxozun əkin sahəsi, şərq tərəfində isə Bakı-Astara şosse yolu mövcud olmuşdur. Aradan 1 il müddət ötdükdən sonra, yəni Cəlilabad şəhər Sovetinin 1996-cı il tarixli qərarına əsasən “Tərlan-70” müəssisəsi üçün ayrılmış torpaq sahəsinin şimal tərəfində Cəlilabad rayonun Qarazəncir kəndi istiqamətinə tərəf, “Tərlan-70” müəssisəsinin torpağına bitişik ərazidə “Zəka-10” müəssisəsi üçün 160 kv.metr torpaq sahəsi ayrılmışdır. Daha sonra isə Cəlilabad şəhər Sovetinin qərarı əsasında “Tərlan-70” müəssisəsinin torpağından xeyli irəlidə Malik Həsənov və Cavabdeh3 üçün ümumilikdə 220 kv.metr torpaq sahəsi ayarılmışdır. Bütün yuxarıda qeyd olunanlardan əlavə Malik Həsənov və Cavabdeh3 ərizələri nəzərə alınaraq Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısının 26 noyabr 2001-ci il tarixli, 271 saylı qərarı əsasında 1996-cı ildə Malik Həsənov və Cavabdeh3 220 kv.metr torpaq sahəsinin verilməsi barədə qərar ləğv edilmiş, əvəzində yalnız Cavabdeh3 rəhbərlik etdiyi “Fidan- 2000” kiçik müəssisəsinə cəmi 0,042 ha, yəni 420 kv.metr torpaq sahəsi ayrılmışdır. Cavabdeh3 həmin 420 kv.metr ərazidə özü üçün “Ehtiyat hissələri” mağazası inşa edib kommersiya fəaliyyəti ilə məşğul olur. Bütün bu qeyd olunanlar 1995-2001-ci illərdə baş vermiş və göstərilən torpaqların ayrılması barədə qərarları da dövlət orqanları qəbul etmişlər. Lakin sonrakı illərdə Cəlilabad Bələdiyyəsinin sabiq sədri, həmin bələdiyyənin sabiq yerquruluşçusu, Cəliabad rayon İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri və Cəlilabad rayon Torpaq şöbəsinin sabiq müdiri qanunsuz rəylər və qərarlar verməklə, qanunsuz icarə müqavilələri bağlamaqla iddiaçıların istifadə və sahibliyində olan 6000 kv.metr torpaq sahəsinin 2000 kv.metrini özgəninkiləşdirmiş və bununla da iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşlar. Belə ki, Cəlilabad bələdiyyəsi 2000-ci ildə fəaliyyətə başlasa da, mülkiyyət hüquqnu təsdiq edən JN-1-1 kodlu 80601004 seriyalı Dövlət aktını 09 iyun 2005-ci il tarixdə almış və həmin akt da 162 nömrə ilə Dövlətin qeydiyyat kitabında qeydə alınmışdır. Buna baxmayaraq Cəlilabad bələdiyyəsi mülkiyyət hüququnu təsdiq edən Dövlət aktını almazdan 8 ay əvvəl dövlət mülkiyyətində olmuşdur. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2001-ci il tarixli, 271 saylı sərəncam ilə 420 kv.metr torpaq sahəsini “Fidan-2000” müəssisəinin rəhbəri Cavabdeh3 istifadəsinə verdiyi halda, Cəlilabad bələdiyyəsi həmin 420 kv.metr torpaq sahəsini özünün 30 mart 2004- cü il tarixli, 111 saylı icarə müqaviləsi əsasında 15 il müddətinə, 116.000 manat icarə haqqı ödəmək şərti ilə yenidən Cavabdeh3 istifadəsinə vermişdir. Hansı ki, həmin 420 kv.metr torpaq sahəsi əvvəllər də dövlətin mülkiyyətində olmaqla, hazırda da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X14 8 saylı Cəlilabad Ərazi idarəsinin baza qovluğunda dövlət mülkiyyəti kimi qeydə alınmışdır. Cəlilabad bələdiyyəsi özünün 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kv.metr torpaq sahəsini 30 mart 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 1080 manat müqabilində Cavabdeh3 satmışdır. Satılan 1500 kv.metr torpaq sahəsinin 980 kv.metr ərazisi “Tərlan - 70” müəssisəsi üçün ayrılmış 6000 kv.metr ərazisi ilə üst-üstə düşür. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsinin cavab kimi iddiaçıların ünvanın göndərdiyi 14 iyul 2016-cı il tarixli, **********59 saylı məktubu ilə təsdiq edilmişdir. Cəlilabad bələdiyyəsindən əldə edilmiş sənədlərdən görünür ki, 1996-cı ildə Cəlilabad şəhər sovetinin qərarı ilə “Tərlan- 70” müəssisəsinin şimal tərəfində “Zəka-10” müəssisəsi üçün ayrılmış 160 kv.metr torpaq sahəsi guya həmin müəssisənin rəhbəri X4 ehtiyacı olmadığı üçün 160 kv.metr torpaq sahəsini Cəlilabad bələdiyyəsinin mülkiyyətinə qaytarılmasından ötrü 07 mart 2007-ci il tarixdə 01 saylı ərizə ilə müraciət etmişdir. Həmin ərizə Ə.Əsgərov tərəfindən deyil, Cəlilabad bələdiyyəsinin sabiq yer quruluşçusu tərəfindən yazılmış və həmin ərizə bələdiyyədə rəsmi qeydiyyata alınmamış və üzərinə bələdiyyənin sədri tərəfindən dərkənar qoyulmamışdır. Ə.Əsgərov özü iddiaçılara demişdir ki, 160 kv.metr torpaq sahəsinin harada yerləşdiyini hazıradək bilmir. Həmin torpağı bacısı oğlu Rza adlı şəxs almış və o da tanımadığı adama satmışdır. Aradan 8 gün keçdikdən sonra, yəni 15 mart 2007-ci il tarixdə cavabdeh hesab etdikləri Cavabdeh4 adından ona torpaq verilməsi barədə Cəlilabad bələdiyyəsinə ərizə ilə müraciət olunsa da, həmin ərizəyə də Cavabdeh4 tərəfindən deyil, kənar şəxs tərəfindən imza edilmişdir. Bundan əlavə, Cəlilabad bələdiyyəsinin yerquruluşçusu 2 ədəd ayrı-ayrı rəylər yazmış və həmin 160 kv.metr metr torpaq sahəsinin Cəlilabad bələdiyyəsinin mülkiyyətində olmasını göstərmişdir. Qeyd olunan hər 2 rəylər Cəlilabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri və Cəlilabad rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin sabiq müdiri tərəfindən imzalanaraq üzərinə həmin qurumlara məxsus olan dairəvi möhür vurulmuşdur. Mübahisəli 160 kv.metr torpaq sahəsi “Tərlan-70” müəssisəsinin şimal tərəfində yerləşdiyi halda, Cavabdeh4 həmin 160 kv.metr torpaq sahəsi şimal tərəfdən deyil, cənub tərəfdən, başqa sözlə “Tərlan-70” müəssisəsinin istifadəsində olan torpaq sahəsindən verilmişdir. Qeyd olunan torpağın ayrılması barədə lahiyə sxemini də yerququluşçusu tərtib etmiş və bələdiyyənin sədri imza və möhürlə təsdiq etmişdir. Mübahisəli 160 kv. metr torpaq sahəsi şimal tərəfdə olduğu halda, nə üçün cənub tərəfdən verilmişdir. Çünki, şimal tərəfdə olan 160 kv.metr torpaq sahəsi 2007-ci ildən bir neçə il əvvəl başqa şəxsə satılmışdır. Hər bir halda mübahisəli 160 kv.metr torpaq sahəsi bu gün də bələdiyyənin deyil, dövlətin mülkiyyətində olmaqla baş vermiş qanunsuzluğa qədər “Tərlan-70“ müəssisəsinin istifadəsində olmuşdur. Bu fakt da Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsinin sorğuya cavab kimi göndərdiyi 30 iyul 2016-cı il tarixli **********21 saylı məktubu ilə təsdiq olunmuşdur. Həmin məktubda da bilavasitə qeyd olunmuşdur ki, torpaqlar üst-üstə düşür. Maraqlısı budur ki, mübahisəli 160 kv.metr torpaq sahəsini icarəyə götürən Cavabdeh4 2012-ci ildə, Cəlilabad bələdiyyəsinin, Cəlilabad İcra Hakimiyyəti Başçısının və Cəlilabad Reyestr Xidməti İdarəsinin razılığı olmadan Cəlilabad rayon 01 saylı Notariat kontorunda rəsmləşdirdiyi etibarnamə əsasında həmkəndlisi Cəlilabad rayonun Gülmmədli kənd sakini Cavabdeh5 istifadəsinə vermiş, Cavabdeh5 da göstərilən torpaqda özü üçün ehtiyyat hissələri mağazası inşa etmişdir. Göründüyü kimi Cəlilabad Bələdiyyəsi “Tərlan-70” müəssisəsinin qanunda nəzərdə tutulan hüquq və mənafelərinə toxunmaqla ardıcıl olaraq bir neçə dəfə özgəsinin əmlakı üzərində qanunsuz qərarlar qəbul etmiş və həmin qanunsuzluqların davamı olaraq qanunsuz ticarət obyektlərinin inşa olunmasına şərait yaratmışdır. Cavabdehin qanunsuz əməllərinə görə iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Bundan əlavə iddiaçıların mübahisələndirdikləri 0,60 ha torpaq sahəsi, 1995-ci ildə iddiaçıların mərhum atası X9 verilmiş və həmin dövrdə torpaq sahəsinin ölçüsü və planı sənədi nəzərdə tutulmadığından, iddiaçı tərəfə elə bir sənəd verilməmişdir. Lakin keçmiş Ruhulla Axundov adına sovxozun 30 may 1995-ci il tarixli, 13 saylı qərarı ilə müəsissəyə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktında və həmin torpaq sahəsinin planı sənədində mübahisəli torpaq sahəsinin mərzləri və qonşu obyektlər müəyyən edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2, cavabdehlər Cəlilabad rayon bələdiyyəsinin nümayəndəsi, Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi, X6, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə İddiaçı2, cavabdehlərin və onların nümayəndələrinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli “Tərlan-70” fərdi kiçik müəssisəsin nizamnaməsinin surətindən görünür ki, “Tərlan-70” fərdi kiçik müəssisəsi X11 tərəfindən yaradılmışdır və fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının həyata keçirilməsi və digər işlərin görülməsindən ibarətdir. İşdə olan Cəlilabad rayon X18 Rəyasət heyətinin 29 iyun 1995-ci il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Respublika Ədliyyə Nazirliyində xx.xx.1994-cü il tarixdə 17768 nömrə ilə qeydə alınmış “Tərlan-70” kiçik müəssisəsinə R.Axundov adına sovxozun ƏKŞ-nın xx.xx.1995-ci il tarixli qərarı, RİH başçısının xx.xx.1995-ci il tarixli, 956 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınmaqla xidmət və kommersiya məqsədi üçün 0,60 ha torpaq sahəsi verilmişdir. İşdə olan 29 iyun 1995-ci il tarixli təhkim aktından görünür ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 956 nömrəli vəsatətinə və R.Axundov adına sovxozun ƏKŞ-nın xx.xx.1995-ci il tarixli, 13 nömrəli qərarına əsasən R.Axundov adına sovxozun ərazisindən 0,60 ha torpaq sahəsi ayrılaraq “Tərlan-70” kiçik müəssisəsinə verilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 vərəsəsi İddiaçı1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə 17768 nömrə ilə qeydiyyata alınmış nizamnamə əsasında fəaliyyət göstərən “Tərlan-70” kiçik müəssisəsində X1 nizamnamə payındakı paydan ibarətdir. İşdə olan A№ 386698 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində yerləşən 160 kvadrat metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi üçün 90 il müddətinə Cavabdeh4 istifadəsinə verilmiş və bu barədə X20 kitabında 12 mart 2012-ci il tarixdə 3552 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cəlilabad şəhəri ərazisində sahibkarlıq fəaliyyəti məqsədi üçün Cavabdeh4 istifadəsinə 160 kvadrat metr torpaq sahəsi icarəyə verilmişdir. İşdə olan Cəlilabad bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 24 aprel 2007-ci il tarixli, 27 saylı Torpaq icarəsi müqaviləsindən görünür ki, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində yerləşən 160 kvadrat metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi üçün 90 il müddətinə Cavabdeh4 istifadəsinə verilmişdir. İşdə olan R.Axundov adına sovxozun əmək kollektivi şurasının 30 may 1995-ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cəlilabad şəhəri R.Axundov adına sovxozun ərazisində xalqa xidmət göstərmək üçün “Tərlan-70” müstəqil kiçik müəssisəsinə 0,60 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Xidməti tərəfindən verilmiş **********73-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında “Fidan-2000” kiçik müəssisəsinin xüsusi mülkiyyətində verilmiş və qeyri-yaşayış binası üçün nəzərdə tutulmuş 0,1648 hektar həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(073)-39/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 14 may 2025-ci il tarixli, 3-21-3- 44/2-3501/2025 saylı mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Cəlilabad rayon XDS-nin xx.xx.1995-ci il tarixli qərarı ilə “Tərlan-70” MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktının məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin sanəd üzrə yerini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçıların istifadəsində olmayan, lakin iddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, döngə nöqtələrinin koordinatları, ölçüləri müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Elektron baza məlumatlarında Cəlilabad rayon XDS-nin xx.xx.1995-ci il tarixli qərarı ilə “Tərlan-70” MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktının məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsində hansı mülkiyyətçilərin və icarəçilərin istifadəsində olduğunu müqyisəli tərzdə cavablandırmaq mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçıların istifadəsində olmayan, lakin iddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 ha torpaq sahəsinin hüdudları daxilində **********69 reyestr nömrəli çıxarışla X5 icarəyə verilmiş 0,05 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,002987 ha (29,87 kv.m) hissəsinin, **********73-06301 reyestr nömrəli çıxarışla “Fidan-2000” kiçik müəssisəsinə mülkiyyətə verilmiş 0,1648 ha torpaq sahəsinin, **********1488 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Cavabdeh4 sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş 0,0160 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,0157 ha (157 kv.m) hissəsinin yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Cəlilabad rayon XDS-nin xx.xx.1995-ci il tarixli qərarı ilə “Tərlan-70” MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktının məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililəri müəyyənləşdirmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçıların istifadəsində olmayan, lakin iddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 ha torpaq sahəsinin şimal-qərb istiqamətində **********73-06301 reyestr nömrəli çıxarışla “Fidan-2000” kiçik müəssisəsinin mülkiyyətində olan 756 kv.m, cənub-şərq istiqamətində **********1488 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Cavabdeh4 istifadəsində olan 146,96 kv.m təşkil edən qeyri yaşayış obyektlərinin yerləşmə vəziyyəti və ölçüləri (eni və uzunu) müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Tərlan-70” fərdi kiçik müəssisəsi təsisçisi X11 olmaqla, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. X1 vəfatından sonra vərəsəsi İddiaçı1dur və o miras əmlakdan tam hissədə pay almaqla, şəhadətnamə verilən miras əmlakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə 17768 nömrə ilə qeydiyyata alınmış nizamnamə əsasında fəaliyyət göstərən “Tərlan-70” kiçik müəssisəsində X1 nizamnamə payındakı paydan ibarətdir. İddiaçı1 “Tərlan-70” kiçik müəssisəsində vərəsəlik üzrə pay hüququ vardır, lakin müəssisənin nümayəndəsi qismində çıxış edə bilməz. Ona görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələblərlə bağlı subyektiv hüququ yoxdur. Eyni zamanda iddiaçılar, iddia tələbində cavabdehlər X2 və X3 qarşı olan iddia tələblərinin nədən ibarət olmasını əsaslandıra bilməmişlər. Həmçinin iddiaçılar iddianın əsaslarını təsbit edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbində haqlı deyillər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni zamanda Cavabdeh3 vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 95 manat, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən İddiaçı1 özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cəlilabad rayon bələdiyyəsinə, X2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarına əsasən Cavabdeh3 icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin və 30 mart 2007-ci il tarixli 1500 kvadrat metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cəlilabad bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 04 saylı qərarı əsasında Cavabdeh4 ilə 160 kvadrat metr torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı1 özünə aid edilsin. İş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-18/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-18/2025
24.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver