Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1985/2023 23.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının 6 saylı Ərazi Vergilər Baş İradəsinin maraqlı şəxs X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının 6 saylı Ərazi Vergilər Baş X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikasının 6 saylı Ərazi Vergilər Baş İradəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 3496.05 manat, İcbari tibbi Siğorta Fonduna 22.32 manat və işsizlikdən Siğorta fonduna 19.40 manat olmaqla, ümimilikdə 3537.77 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********119000 nömrəli və xx.xx.2023-cü il tarixli, **********635700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 73, 16.1-1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə istinat edərək, borclu Cəlilabad rayon Təklə Bələdiyyəsinin dövlət büdcəsinə olan ümumilikdə 3537.77 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxs olan Cəlilabad rayon Təklə Bələdiyyəsinin rəhbəri X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi 6 saylı Ərazi Vergilər Baş İradəsinin nümayəndəsi və maraqlı şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) rəhbəri X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq ərizəçi Azərbaycan Respublikasının 6 saylı Ərazi Vergilər Baş İradəsinin nümayəndəsinin və maraqlı şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin rəhbəri iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) aid şəxsi hesab vərəqəsindən görünür ki, həmin cəmiyyətin fəaliyyət ixtisaslaşdırılmamış topdansatışdan ibarətdir. İşdə olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) haqqında məlumatdan görünür ki, xx.xx.2010-cu il tarixdə ********** saylı VÖEN almış hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) rəhbəri X2 rayonu, Təklə kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli **********119000 saylı və xx.xx.2023-cü il tarixli, **********635700 saylı vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, Cəlilabad rayon Təklə Bələdiyyəsinin rəhbəri X3 5 (beş) gün müddətində yaranmış borcun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatışdan ibarət olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin xx.xx.2010-cu il tarixdə ********** saylı VÖEN almışdır. Vergi ödəyicisi olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə 3496.05 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya siğortaedən vergi, məcburi dövlət sosial siğorta, icbari tibbi siğorta və işsizlikdən siğorta haqqları üzrə öhdəlik qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial siğorta, icbari tibbi siğorta və işsizlikdən siğorta haqqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial siğorta haqqları üzrə tətbiq edilmiş maliyyə sanksyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya siğortaedən vergi fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin rəhbəri X6 vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə hüquqi şəxs olan Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) rəhbəri X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Cəlilabad rayon Təklə Bələdiyyəsinin (VÖEN: **********) rəhbəri xx.xx.1995-ci təvəllüdlü X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1985/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1985/2023
23.08.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver