Məhkəmə qərarları › İş №2(073)-269/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-269/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Digər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-269/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı cavbadeh Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehə məxsus fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdehin hesabına təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavbadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehə məxsus fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdehin hesabına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 12 oktyabr 2023-cü il tarixə saat 11:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də işə iddiaçının iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakı olmadan işə baxmağı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavbadeh Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehə məxsus fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdehin hesabına təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver