Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-441/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Abuzəf oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Abuzəf oğlunun Cavabdeh qarşı cavabdehdən 3755 manat pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Abuzəf oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3755 manat pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. İşdə olan şəxs haqqında elektron sorğu məlumatından görünür ki, cavabdeh Babayev X1 rayonu Kazımabad kəndində qeydiyyatdadırlar. Hakim məhkəmə iclasında tərəflərin subyektiv tərkibinə görə mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə proses iştirakçılarının fikrini öyrəndi. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, hazırda fiziki şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır. İşin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında İddiaçı2 Abuzəf oğlu iddia tələbini müdafiə etdiyini bildirdi və işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(073)-441/2025 saylı mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Abuzəf oğlunun Cavabdeh qarşı cavabdehdən 3755 manat pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair 2(073)-441/2025 saylı mülki iş, aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-441/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-441/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver