Məhkəmə qərarları › İş №2(073)-862/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-862/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-862/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 460 (dörd yüz altmış) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS- 2978 saylı Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan "xxxx" minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan "xxxx" minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X10 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-in elektron portaldan alınmış çıxarış təsdiq edir. X10 tərəfindən EQ 10621087 saylı protokola görə 45 manat, EQ 10621075 saylı protokola görə 45 manat, EQ 10621060 saylı protokola görə 45 manat, EQ 10621072 saylı protokola görə 9 manat, EQ 10621070 saylı protokola görə 54 manat, EQ 10621053 saylı protokola görə 36 manat, EQ 10621057 saylı protokola görə 9 manat, EQ 10621047 saylı protokola görə 9 manat, EQ 10621050 saylı protokola görə 45 manat, EQ 10621045 saylı protokola görə 9 manat, EQ 10621042 saylı protokola görə 9 manat, EQ 10621040 saylı protokola görə 45 manat, EQ 10621104 saylı protokola görə 36 manat, İXP ******* saylı protokola görə 64 manat protokollar qeydə alınmışdır. Qeyd olunan protokollara görə ümumilikdə 460 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcunu ödəməmişdir. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan lizinq verən İddiaçı MMC ilə lizinq alan "xxxx"MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, həmin lizinq müqaviləsinin predmetini 14280 manat dəyərində "xxxx" minik markalı nəqliyyat vasitəsi təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC (X3) 14280 manat dəyərində "xxxx" minik markalı avtomobili satıcı Azkron MMC-dən (X4) qəbul edərək lizinq alan "xxxx"MMC-yə (X2) təhvil vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli MAS-2978 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, həmin müqavilə ilə “Şirkət” adlandırılan İddiaçı MMC xx.xx.2020-ci il tarixli MAS-2978 saylı “Daxili lizinq” müqaviləsi üzrə irəlidə “Öhdəlikləri Ötürən” adlandırılacaq "xxxx" MMC tərəfindən irəlidə “Öhdəlikləri qəbul edən” adlandırılacaq X5 ötürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-in mülkiyyətində olan "xxxx" minik markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən X5 təhvil verilmişdir. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan AD N886579 saylı Nəqliyyat vasitəsininin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMCin mülkiyyətindədir. İşdə olan DYPİ-in elektron portaldan çıxarışından görünür ki, Cavabdeh EQ 10621087 saylı protokola görə 45 manat, EQ 10621075 saylı protokola görə 45 manat, EQ 10621060 saylı protokola görə 45 manat, EQ 10621072 saylı protokola görə 9 manat, EQ 10621070 saylı protokola görə 54 manat, EQ 10621053 saylı protokola görə 36 manat, EQ 10621057 saylı protokola görə 9 manat, EQ 10621047 saylı protokola görə 9 manat, EQ 10621050 saylı protokola görə 45 manat, EQ 10621045 saylı protokola görə 9 manat, EQ 10621042 saylı protokola görə 9 manat, EQ 10621040 saylı protokola görə 45 manat, EQ 10621104 saylı protokola görə 36 manat, İXP ******* saylı protokola görə 64 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, ödəyici Cavabdeh adından EQ 10621087 saylı sənədə görə 45 manat, EQ 10621075 saylı sənədə görə 45 manat, EQ 10621060 saylı sənədə görə 45 manat, EQ 10621072 saylı sənədə görə 9 manat, EQ 10621070 saylı sənədə görə 54 manat, EQ 10621053 saylı sənədə görə 36 manat, EQ 10621057 saylı sənədə görə 9 manat, EQ 10621047 saylı sənədə görə 9 manat, EQ 10621050 saylı sənədə görə 45 manat, EQ 10621045 saylı sənədə görə 9 manat, EQ 10621042 saylı sənədə görə 9 manat, EQ 10621040 saylı sənədə görə 45 manat, EQ 10621104 saylı sənədə görə 36 manat, İXP ******* saylı sənədə görə 64 manat ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 85-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Daxili lizinq müaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) , həmçinin cinayət və inzibati xətayə görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da iddiaçı təşkilatın xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver