Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1206/2021 04.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Ərizəçi maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik orqanına qarşı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə ərizəsini və iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Ərizəçi məhkəməyə maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik orqanına qarşı ərizə ilə müraciət edərək 01 mart 1974-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədəndə göründüyü kimi ərizəçinin tələbi aydın deyil, ərizədə X2 fəaliyyət qabiliyyəti olmamasını göstərsə də, 01 mart 1974-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Belə olan halda tələb qeyri-müəyyən olduğundan, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbindən də aydın olur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin 149-150-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152, 263- 264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik orqanına qarşı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1206/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1206/2021
04.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver