Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1253/2021 06.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı cavabdeh Şamaxı rayon polis şöbəsinə qarşı Şamaxı rayon X1 Patrul bölməsi əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi vəzifəsindən sui-istifadə və vəzifə səlahiyyətlərinin aşılamsı barədə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı Şamaxı rayon X1 Patrul bölməsi əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi vəzifəsindən sui-istifadə və vəzifə səlahiyyətlərinin aşılamsı barədə iddia qaldıraraq, Şamaxı rayon Polis İdarəsinin Yol polisi bölməsində baş verən qanunsuzluqlar, ona qarşı törətmiş olduqları cinayətlər barəsində əsaslı tədqiqat aparılaraq tədbirlər görülməsi üçün aidiyyəti üzrə DİN-ə və Azərbaycan Respublikası Baş prokurorluğuna təqdimat verilməsi barədə qərar çıxarılması, ona vurulmuş maddi və mənəvi ziyana görə 20000 manat təzminatın ödənilməsinin Şamaxı rayon polis idarəsinin üzərinə qoyulması, 2015-ci ildə Şamaxı rayon X1 Polis Bölməsinin rəisi, polis polkovniki Mübariz Fətəliyev işdən azad edilərək əmrdə əks etdirilmiş çatışmamazlıqların aradan qaldırılmadığı, əksinə onların hazırda daha kobud formada təkrar edilməklə cəmiyyət üçün təhlükəli həddə çatdığı nəzərə alınmaqla DİNə xüsusi xəbərdarlıq təqdimatı verilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia tələbindən qeyd etdiyi tələblərdən biri, yəni “Şamaxı rayon Polis İdarəsinin Yol polisi bölməsində baş verən qanunsuzluqlar, ona qarşı törətmiş olduqları cinayətlər barəsində əsaslı tədqiqat aparılaraq tədbirlər görülməsi üçün aidiyyəti üzrə DİN-ə və Azərbaycan Respublikası Baş prokurorluğuna təqdimat verilməsi” mülki icraat qaydasında baxılması mümkün olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Bununla bağlı iddiaçı ərizə ilə prokurorluq orqanlarına müraciət etməli olduğu halda mülki qaydada məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddia tələbindən qeyd etdiyi tələblərdən biri, yəni “2015-ci ildə Şamaxı rayon X1 Polis Bölməsinin rəisi, polis polkovniki Mübariz Fətəliyev işdən azad edilərək əmrdə əks etdirilmiş çatışmamazlıqların aradan qaldırılmadığı əksinə onların hazırda daha kobud formada təkrar edilməklə cəmiyyət üçün təhlükəli həddə çatdığı nəzərə alınmaqla DİNə xüsusi xəbərdarlıq təqdimatı verilməsi” tələbi aydın deyil, yəni, onun konkret olaraq cavabdehdən nə tələb etdiyini müəyyən etmək mümkün deyildir. Həmçini iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda tələb məhkəmədə baxılmalı olmadığınadn, qeyri-müəyyən olduğundan və dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Azərbaycan Respublikasının CPM-nin 47.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbindən də aydın olur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin 149-150-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1000 manatdan yuxarı olan qiymətin 1 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tərkib hissəsi kimi həmin Məcəllənin 150.1.2-ci maddəsində qeyd edilir ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələblərinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklədə İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı Şamaxı rayon X1 Patrul bölməsi əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi vəzifəsindən sui-istifadə və vəzifə səlahiyyətlərinin aşılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı Şamaxı rayon X1 Patrul bölməsi əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi vəzifəsindən sui-istifadə və vəzifə səlahiyyətlərinin aşılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1253/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1253/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver