Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-19/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması, maddi və mənəvi zərrə görə kompensasiya ödəniməs tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 məhkəmədə Cavabdeh qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması, maddi və mənəvi zərərə görə kompensasiya ödəniməsi tələbinə dair iddia qaldırarq, cavabdehin ona məxsus torpaq sahəsində tikdiyi tövlənin, talvarın sökülməsi, torpaq sahəsinin boşaldılması və ona qaytarılması, ona məxsus olan lakin onun gediş gəliş yolu kimi istifadə etdiyi torpaq sahəsindən onun istifadəsinə son qoyulması, ona yetirilmiş 1000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdeh tərəfindən ona ödəniməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı iclası 26 oktyabr 2021-ci il tarixə saat 15:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar təxirə salınmış məhkəmə iclasına gəlməmişlər. Tərəflərin gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə onların məhkəmə baxışı iclasına gəlməmələrini üzürlü kimi qiymətləndirməmişdir. Odur ki, məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması, maddi və mənəvi zərrə görə kompensasiya ödəniməs tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-19/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-19/2021
26.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver