Məhkəmə qərarları › İş №2(074)-193/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-193/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-193/2021 08.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14749,83 manat əsas borc, 132,4 manat faiz borcu və 30,43 manat cərimə borcu olmaqla, ümumilikdə 14912,66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 16500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2020-dək Cavabdeh banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14749,83 manat əsas borc, 132,4 manat faiz borcu və 30,43 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14912,66 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14749,83 manat əsas borc, 132,4 manat faiz borcu və 30,43 manat cərimə borcu olmaqla, ümumilikdə 14912,66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə teleqram göndərərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, borcundan sentyabr ayında 1400 manat, dekabr ayında isə 600 manat ödəniş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 6-Y-2-0-525-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Nikoyl İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 16500 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli № 6-Y-2-0-525-20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 14749,83 manat əsas, 132,4 manat faiz və 30,43 manat cərimə olmaqla, ümumilikdə 14912,66 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli PAİOHTD-14623 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixli № 6-Y-2- 0-525-20 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № **********986800 saylı çıxarışın surətindən görünür ki, qurumun əvvəlki adı X1 X3 Cəmiyyəti olmuş, hazırki adı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh Nikoyl İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 16500 manat kredit götürmüşdür. Nikoyl İKB ASC adını dəyişərək İddiaçı ASC olmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə hazırda İddiaçı ASC-yə 14749,83 manat əsas, 132,4 manat faiz və 30,43 manat cərimə olmaqla, ümumilikdə 14912,66 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli № 6-Y-2-0-525-20 saylı kredit müqaviləsi üzrə 14749,83 manat əsas, 132,4 manat faiz və 30,43 manat cərimə olmaqla, cəmi 14912,66 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № 6-Y-2-0-525-20 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli № 6-Y-2-0-525-20 saylı kredit müqaviləsi üzrə 14749,83 manat əsas, 132,4 manat faiz və 30,43 manat cərimə olmaqla, cəmi 14912,66 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № 6-Y-2-0- 525-20 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar