Məhkəmə qərarları › İş №2(074)-234/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-234/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-234/2022 15.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası 15 fevral 2022-ci il tarixə saat 09:40-a təyin edilmişdir. Bundan sonra İddiaçı ASC- məhkəməyə yazılı vəsatət göndərərək, Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.14 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar