Məhkəmə qərarları › İş №2(074)-243/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-243/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-243/2021 11.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş və xx.xx.2003-cü ildə Şamaxı rayonu Göylər kəndində vəfat etmiş X5 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı xx.xx.1991-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş X10 xx.xx.2003-cü ildə Şamaxı rayonu Göylər kəndində vəfat etmiş və Şamaxı rayonu, Göylər kənd qəbristanlığında dəfin olunmuşdur. X5 ölüm faktını müəyyən edən sənədlər olmamışdır. X1 ölüm haqqında şəhadətnaməsinin olmaması Azərbaycan Respublikası ərazisində müvafiq sənədlərin alınmasına maneçilik törədir. Şamaxı rayon Göylər kənd icra nümayəndəliyinin verdiyi 319384 saylı xx.xx.1991ci tarixli doğum haqqında şəhadətnamədə görünür ki, X10 xx.xx.1991-ci ildə anadan olmuşdur. Şamaxı rayonu Göylər kənd qəbiristanlığında qəbir daşından götürülmüş foto şəkildən görünür ki, X10 2003-cü il tarixdə vəfat etmişdir. Asan Sumqayıt tələfindən verilmiş AZE ******** şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Şamaxı rayonu Göylər kəndində qeydiyyatdadır. X5 xx.xx.2003 il tarixdə ölməsi faktını X7, X6 təsdiq edirlər və şahidlik ediblər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ərizə tamamilə əsaslıdır. X3 evdə vəfat etmişdir. Bu zaman onun ölümünün qeydə alınması üçün təcili tibbi yardım çağırılmamışdır. Bunu şahidlər də təsdiq edə bilərlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Onun qızı X10 bir müddət Bakı şəhərində yerləşən xəstəxanaların birində qalsa da, sonradan 2003-cü ilin yanvar ayının 1-də Göylər kəndinə gətirilmiş, həmin ilin fevral ayının 23-də isə vəfat etmişdir. Onun xəstəliyi ölümündən dörd ay əvvəl bilinmişdir. Həmçinin o, X3nın meydinin yuyulmasında da, iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, X3nın böyrəyində xəstəlik olmuş, o, vəfat etdikdən sonra Şamaxı rayonu Göylər kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-760/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.2003-cü ildə Şamaxı rayonu Göylər kəndində ölmüş X5 ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunur. Ərizəçi Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən məsələ ilə bağlı məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. İş materiallarında olan XVİ-ЖГ № 319384 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1991-ci ildə Şamaxı rayonu göylər kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2003-cü ildə Şamaxı rayonu Göylər kəndində vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2003-cü ildə Şamaxı rayonu Göylər kəndində vəfat etməsi faktı müəyyən edilsin. X9 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar