Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-378/2021 03.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-378/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-378/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “artıq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-378/2021 saylı qərardadının ləğv olmunmasını, mübahisəyə Şamaxı Rayon Məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli və işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə həmin qərardadın qəbul edilməsi üçün qərardadda göstərilən əsasların düzgün olması mövqeyində qalaraq, hesab edir ki, hazırkı şikayətdə həmin qərardadın ləğvi üçün hər hansı bir mötəbər və yeni əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və işlə birlikdə kasasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-378/2021 saylı qərardadından saylı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin və mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-378/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-378/2021
03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver