Məhkəmə qərarları › İş №2(074)-414/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-414/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-414/2021 04.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Azərişıq ASC-nin Cavabdeh Vəlcan oğluna qarşı “borcla əlaqədar pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Azərişıq ASC Cavabdeh Vəlcan oğluna qarşı “borcla əlaqədar pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, aşağıdakı əsasa görə iddia ərizəsinin qəbul olunmasında imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh Vəlcan oğlunu, onun ünvanı kimi “Şamaxı şəhəri, H.Ciddi küçəsi”ni qeyd etsə də, iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yer barədə sənəd, cavabdehin ünvanının iddia ərizəsində göstərilən ünvan olmasını təsdiq edən sənəd, ümumiyyətlə belə bir şəxsin mövcudluğunu təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçı və cavabdehin adları, onların poçt ünvanları göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin və onun ünvanının dəqiqliyi barədə müvafiq sənədlərin olmaması, iddia ərizəsinin icraata götürüləcəyi təqdirdə, məhkəmə tərəfindən qanuna müvafiq olaraq cavabdehə məhkəmə sənədlərinin göndəriləcəyi, iddianın təmin olunacağı təqdirdə iddia tələbinin təmin olunmuş hissəsinin icra mərhələsini, cavabdehin dəqiq ünvanının olmamasının aidiyyat qaydalarına riayət olunmasını və s. prosedurları mümkünsüz edəcəyi üçün iddia ərizəsinin qəbul olunmasında imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərişıq ASC-nin Cavabdeh Vəlcan oğluna qarşı “borcla əlaqədar pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar