Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-453/2021 04.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Kreditor Soliton LTD MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Kreditor Soliton LTD MMC Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasında imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəzbdən məlum olur ki, həmin qəbz kreditor Soliton LTD MMC-nin borclu X1 qarşı “borcun qaytarılması haqqında” ərizəsi Şamaxı rayon Məhkəməsinə verilərkən istifadə edilmişdir. Hazırki mülki işə isə əvvəlki ərizədə istifadə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.3-1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələr verildikdə dövlət rüsumu ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, kreditor tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd ərizəyə əlavə edilmədiyindən ərizənin qəbul olunmasında imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Soliton LTD MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizənin qəbul olunmasından imtina edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-453/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-453/2021
04.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver