Məhkəmə qərarları › İş №2(074)-47/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-47/2021

18.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-47/2021 18.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı ot damının sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və gediş-gəliş yolunun açılmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı ot damının sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və gediş-gəliş yolunun açılmasına dair iddia qaldıraraq, Cavabdeh1 tərəfindən gediş gəliş yolunda tikilmiş ot damının sökülməsi, Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunaraq taxıl əkilmiş yol hissəsinin boşaldılaraq ümumi istifadəyə qaytarılmaqla gediş gəliş yolunun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı iclası 18 oktyabr 2021-ci il tarixə saat 12:00-a təxirə salınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar təxirə salınmış məhkəmə iclasına gəlməmişlər. Tərəflərin gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə onların məhkəmə baxışı iclasına gəlməmələrini üzürlü kimi qiymətləndirməmişdir. Odur ki, məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı ot damının sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və gediş-gəliş yolunun açılmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar