Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-52/2021 18.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı Ərazi idarəsinə və X2 qarşı cavabdehə məxsus torpağın plan və ölçüsü sənədinin ləğv olunması və həmin koordinatlarda yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və həmin torpağa dair onun adına torpağın plan və ölçüsü sənədinin hazırlanmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı Ərazi idarəsinə və X2 qarşı cavabdehə məxsus torpağın plan və ölçüsü sənədinin ləğv olunması və həmin koordinatlarda yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və həmin torpağa dair onun adına torpağın plan və ölçüsü sənədinin hazırlanmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 məxsus torpağın plan və ölçüsü sənədinin ləğv olunması, həmin 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpağa dair onun adına torpağın plan və ölçüsü sənədinin hazırlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil göstərdi ki, iddiasının müdafiə edir, lakin cavabdeh X1 vəfatından xəbəri olmamışdır. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, xx xxxx 1932-ci il təvəllüdlü X4 07 dekabr 2019-cu ildə ölmüşdür, İş materiallarından isə görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə 20 may 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh X5 oğlu İddiaçı müraciət etməmişdən əvvəl, yəni 08 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman X4 ölmüş olduğundan, bununla da X4 iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməli və iddiaçıya X1 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı Ərazi idarəsinə və X2 qarşı cavabdehə məxsus torpağın plan və ölçüsü sənədinin ləğv olunması və həmin koordinatlarda yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və həmin torpağa dair onun adına torpağın plan və ölçüsü sənədinin hazırlanmasına dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-52/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-52/2021
18.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver