Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-749/2020 27.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentdən azad olunma barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentdən azad olunma barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2(074)-330/2019 saylı qətnaməsinə əsasən xx xxxxxx 2019-ci il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Basnu Asim qızının 3 yaşadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızına verilməli olan hissəsinin ləğv edilməsi və bu məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı icraatın dayandırılmasına dair lazımi tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 qətnaməsi ilə təyin edilmiş xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi öhdəliyindən Cavabdeh rəsmi nikaha daxil olduğu xx.xx.2020-ci il tarixdən azad olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, o, cavabdehlə xx.xx.2017-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş, bu nikahdan onun xx.xx.2018-ci il təvəllüdlü Banu adında qızı anadan olmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri pozulduğu üçün xx.xx.2018-ci ildən ayrı yaşamış, xx.xx.2019-cu il tarixdən rəsmi olaraq nikahları pozulmuşdur.Cavabdehin xx.xx.2019-cu il tarixdə ona qarşı alimentin təyin olunması barədə iddia ərizəsinə əsasən Şamaxı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)-330/2019 saylı qətnaməsi ilə onun qazancının 1/4 hissəsi miqdarında və eyni zamanda Babaşahlı Banu Asim qızının 3 yaşa çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızına verilməsi qət edilmişdir. O, xx.xx.2020-ci il tarixdə çalışdığı iş yerində işdən azad olunmuş, bundan sonra dünyanı cənginə almış COVİD-19 pandemiyası ilə əlaqədar ölkə rəhbərinin göstərişi ilə respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş yerlərinin fəaliyyətinin dayandırılması onun da üzrlü səbəbdən işsiz qalmasına səbəb olmuş, lakin həmin müddətdə cavabdehin maddi yardıma ehtiyacı dövlət tərəfindən ödənilmiş və o,xüsusi karantin rejimi dövründə aylıq olaraq 190 manat birdəfəlik maddi yardımla təmin olunmuşdur. Bundan əlavə cavabdehin yeni ailə həyatı qurması da onun maddi yardıma ehtiyacının ödənilməsinin bir təzahürüdür. Beləliklə bütün bu hallar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə aliment təyin olunduqdan sonra baş vermişdir. Odur ki, iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 izahat verərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və eyni zamanda xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat miqdarında aliment alınıb Cavabdeh verilməsinin qət edildiyini, lakin xx.xx.2020-ci il tarixdə iddiaçının tutduğu vəzifədən azad olunduqdan sonra sözügedən Şamaxı rayon Məhkəməsinin qətnəməsinə hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində xitam verildiyini, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-419/2020 saylı qətnaməsi ilə isə Babaşahlı Banu Asim qızının saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutulduğunu, lakin İddiaçı bu qətnamədən apelyasiya şikayəti verdiyini və onu ödəməkdən boyun qaçırdığını bildirmiş, eyni zamanda da hal-hazırda Cavabdeh yenidən ailə qurduğunu bildirmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və eyni zamanda xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat miqdarında alimentin alınıb Babaşahlı Sevinc Elxan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(074)-730/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Babaşahlı Sevinc Elxan qızı arasında xx.xx.2017-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 173 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)- 419/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV № 116116 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşahlı Banu Asim qızı xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Babaşahlı Sevinc Elxan qızıdır. İş materiallarında olan AZ-İİ № 399057 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh arasındakı nikah xx.xx.2020-ci il tarixdə X4 xidmət mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Daşdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onun xx.xx.2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı anadan olmuş, Cavabdeh müraciəti əsasında Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Banu Babaşahlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və eyni zamanda Banu Babaşahlının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat miqdarında alimentin alınıb Cavabdeh verilməsi qət edilmiş, İddiaçı müraciəti əsasında Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, İddiaçı tutduğu vəzifədən azad olması səbəbindən qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentə həmin hissədə xitam verilmiş, lakin icra sənədinin Banu Babaşahlının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat miqdarında alimentin alınıb Cavabdeh verilməsi hissəsinin icrası davam etmişdir. Yenidən Cavabdeh aliment tələbi ilə məhkəməyə müraciəti əsasında Banu Babaşahlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. Həmçinin Cavabdeh xx.xx.2020-ci il tarixdə Anar Məmmədov adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda İddiaçı xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunduğunu, koronavirus pandemiyası ilə əlaqədar və iş yerlərinin fəaliyyətinin dayandırılması səbəbindən işsiz qaldığını, eyni zamanda digər tərəfdən Cavabdeh isə bu müddətdə 190 manat birdəfəlik maddi yardım aldığını və yenidən ailə həyatı qurmasını, bu səbəbdən də onun maddi yardıma olan ehtiyacının kifayət qədər azaldığını əsas gətirərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 qətnaməsi ilə təyin edilmiş xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi öhdəliyindən Cavabdeh rəsmi nikaha daxil olduğu xx.xx.2020-ci il tarixdən azad olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş faktlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində çətinliklər yaranmış, işdən azad olunmuş, həmçinin Cavabdeh isə yenidən xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğu üçün ailə vəziyyətində dəyişiklik olduğu üçün, İddiaçı iddia tələbi əsaslıdır. Odur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 qətnaməsi ilə təyin edilmiş xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Cavabdeh qızına verilməsi öhdəliyindən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 qətnaməsi ilə təyin edilmiş xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi öhdəliyindən azad olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-749/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-749/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver