Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-835/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh2 və onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X8 qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2V-239 reyestr nömrəli, 30.03.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, 30.03.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 3M-76 reyestr nömrəli, 30.03.2021 tarixli, 3M-77 reyestr nömrəli, 30.03.2021 tarixli miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.06 ha.torpaq sahəsi üzərində fərdi yaşayış evinə miras payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası Cavabdeh2 Cahangir oğluna məxsus Şamaxı rayonu, Cabani kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır. Atası vəfat etmiş və hal-hazırda 0.06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi 2V-239 reystr nömrəli, 30.03.2021-ci il tarixli və 2V-238 reystr nömrəli, 30.03.2021 tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-76 reystr nömrəli, 30.03.2021 tarixli, 3M-77 reystr nömrəli, 30.03.2021 tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına 12.04.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlər Reyster Xidmətində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi onun bir vərəsə kimi xəbəri olmadan və qanun pozuntusu ilə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, mübahisəli ev atasının olmuş və hərbi xidmətə gedənədək orada yaşamışdır. 1977-ci ildə hərbi xidmətə getmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Hərbi xidmətdən sonra Bakı şəhərinə getmiş, ancaq evlərinə tez-tez gedibgəlmişdir. 2011-ci ildə atası vəfat etmişdir. Atasının qəbir daşlarını özü düzəltdirmişdir. Bir müddət sonra cavabdeh tərəf ona evə gəlməyə icazə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası öləndən sonra həmin evdə qardaşı Əsgərin ailəsi yaşamışdır. Atasına məxsus olan heç bir əmlak ona verilməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçının tələbi əsassızdır. O, iddiaçı tərəfə evdən istifadə ilə bağlı hər hansı məhdudiyyət qoymamışdır. Ümümiyyətlə, bu məsələ ilə bağlı iddiaçı ilə aralarında hər hansı bir mübahisə yaşanmamışdır. Bütün ailələri bilir ki, evi babası ona vəsiyyət edib. Babası öləndən sonra isə ailələri həmin evdə yaşamışdır. Çünki bütün əmilərinin və bibilərinin özlərinin evləri olmuş və onlar həmin evə iddialı olmamışlar. Mübahisənin əsas səbəbi işi ilə əlaqədar Bakıda olan zaman iddiaçının evə sərxoş vəziyyətdə gələrək nəlayiq ifadələr işlətməsidir. O, evdə olan zaman iddiaçının da həmin evə gəlməsinə etriaz etmir. Babasının qəbir daşları ilə bağlı isə bütün xərcləri o, özü çəkmiş, iddiaçıdan hər hansı vəsait almamışdır. Bütün bu halları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X11 iddianı qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının atası öləndən sonra onun bütün əmlakını faktiki olaraq cavabdeh qəbul və idarə etmişdir. İddiaçı isə uzun müddətdir ki, orada yaşamır və miras əmlakı nə faktiki, nədəki notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-T 127953 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Şamaxı rayonu, Cabanı kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ № 097106 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Cahangir oğlu 22.06.2011-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 159447 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X19 19.08.2014-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 140129 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X6 29.11.2016-cı ildə ölmüşdür. İş materiallarında olan 24.11.2020-ci il tarixli 257 saylı Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının Cabani kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh2 Cahangir oğlu 22.06.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Cabanı kəndində onunla birgə yaşamış, sağlığında və vəfat etdikdən sonra qeydiyyatda olan vərəsəsi- X19 - 19.08.2014 il tarixdə vəfat edib. İş materiallarında olan 01.06.2021-ci il tarixli 129 saylı Milli Arxiv İdarəsinin çıxarışının surətindən görünür ki, Şamaxı RİH-nin Dzerjinovka kəndi İƏD-i nümayəndəliyinin 1962-1965-ci illərin Cabanı kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Cabanı kənd sakini şəxsi hesab №-si 344 olan Cavabdeh2 Cahangir oğlunun təsərrüfatında ailə tərkibi aşağıdakı qaydada qeyd edilmişdir-Cavabdeh2 Cahangir oğlu 1922-ci il ailə başçısı, X6-1923-cü il arvadı, X34-02.09.950-ci il oğlu, X31-02.05.1952-ci il oğlu, İddiaçı-xx.xx.1958-ci il oğlu, X32-12.07.1960-cı il qızı, X28-11.01.1962-cı il qızı, X25- 10.01.1966-cı il qızı. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş arayışından görünür ki, mərhum Cavabdeh2 Cahangir oğluna məxsus Şamaxı rayonu, Cabanı kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi AR ƏN, Şamaxı regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin ( xüsusi notariusu Səfərli S.H.) 2V-239 reyestr nömrəli 30.03.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli 30.03.2021ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-76 reyestr nömrəli 30.03.2021-ci il tarixli, 3M-77 reyestr nömrəli 30.03.2021-ci il tarixli Miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına 12.04.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.(**********45 reyestr nömrəli ********** qeydiyyat nömrəli). İş materiallarında olan 24.11.2020-ci il tarixli 258 saylı Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının Cabani kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, X19 19.08.2014-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat edənə kimi, Cabanı kəndində qeydiyyatda olub və aşağıdakı varisləri arvadı- X7, qızı- X16, qızı- X12, qızı- X20 qalmışdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli, 2V-238 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şamaxı regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X14 22.06.2011-ci il tarixdə vəfat etmiş - Cavabdeh2 Cahangir oğlunun vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik, hüquqlarını rəsmiləşdirmədən 19.08.2014-cü ildə vəfat etmiş oğlu X13 vərəsələri: Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X9, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan Cavabdeh2, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X15, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan X20 və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 02.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 97.6 kv/m olan fərdi yaşayış evi və DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 02.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabani kəndində yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.6357 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəs 1.327 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli, 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şamaxı regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X14 29.11.2016-cı il tarixdə vəfat etmiş – X1 19.08.2014-cü ildə vəfat etmiş oğlu X13 təmsilçilik üzrə vərəsələri: Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan Cavabdeh2, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X15, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan X20 və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 02.03.2021 tarixdə X3 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə X3 verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabani kəndində yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə X3 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.6357 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəs 1.327 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. İş materiallarında olan AR-İİ № 185683 saylı X16 və X12 tərəfindən X5 verilmiş 22.12.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə harda yerləşməsindən asılı olmayaraq onların əmlakları üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 10 il müddətinə verilmişdir. İş materiallarında olan AR-İİ № 207494 saylı X20 tərəfindən X5 verilmiş 16.12.2021ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnmə ilə harda yerləşməsindən asılı olmayaraq onların əmlakları üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, X12, X10 və X2 regional “ASAN” Xidmətində Notariat Ofisinin 30.03.2021-ci il tarixli 2V-238 nömrəli reyestrlərlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi əraizisində 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 97.6 kv.m. olan yaşayış evı, Şamaxı rayonunun Cabanı kəndi əraizisində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri üzrə vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan 30.03.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, X12 və X2 regional “ASAN” Xidmətində Notariat Ofisinin 30.03.2021-ci il tarixli 2V-239 nömrəli reyestrlərlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi əraizisində 0.06 ha torpaq sahəsi və onu üzərində yerləşən ümumi sahəsi 97.6 kv.m. olan yaşayış evı, Şamaxı rayonunun Cabanı kəndi əraizisində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri üzrə vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.6357 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, 19.04.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.11 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 12.04.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 1.3270 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, 19.04.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-10301 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd edilənlərə əsasən məhkmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 2V-239 reyestr nömrəli, 30.03.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, 30.03.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 3M-76 reyestr nömrəli, 30.03.2021 tarixli və 3M-77 reyestr nömrəli, 30.03.2021 tarixli miras payın bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun olduğundan və onların etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu X8 qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-835/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-835/2021
19.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver