Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-941/2020 03.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, X5 X1 QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 X1 QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2502,94 manat əsas borc, 183,41 manat faiz, 0 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2716,75 manat borcun Bank Olmayan X1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 2996 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan X1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixli 039- EMB-1516-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan tərəfindən müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan X1 Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixinə əsas borcu 2502,94 manat, faiz borcu 183,41 manat, cərimə borcu 0 manat olmaqla, ümumi borcu 2686,35 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həli edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxx 2020-ci il tarixli 9316/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Odur ki, iddiaçı, Cavabdeh 2502,94 manat əsas borc, 183,41 manat faiz, 0 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2716,75 manat borcun Bank Olmayan X1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və mülki iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 039-EMB-1516-19 saylı müqavilədən görünür ki, Cavabdeh Bank Olmayan X1 MMC ilə müqavilə bağlayaraq illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 2996 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № MA-0018635-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan X1 QSC-yə xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli 039-EMB-1516-19 saylı müqavilə üzrə 2502,94 manat əsas borc, 183,41 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 2686,35 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 9316/210 saylı son xəbərdarlıqdan görünür ki, Bank Olmayan X1 QSC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli 039-EMB- 1516-19 saylı müqavilə üzrə borcunu ödəməsi bildirilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Bank Olmayan X1 QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli № **********180400 saylı çıxarışından görünür ki, Bank Olmayan X1 Qapalı Səhmdar Cəmiyyəti VÖEN: ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Təşkilati hüquqi forması qapalı səhmdar cəmiyyətidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh Bank Olmayan X1 MMCdən kredit illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 2996 manat məbləğində kredit götürmüşdür. Bank Olmayan X1 MMC təşkilati hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyəti olmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi şəkildə yerinə yetirmədiyi üçün X5 X1 QSC-yə xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli 039-EMB-1516-19 saylı müqavilə üzrə 2502,94 manat əsas borc, 183,41 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 2686,35 manat borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-in 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh X5 X1 QSC-nin xeyrinə 2502,94 manat əsas borc, 183,41 manat faiz borcu, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2716,75 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh X5 X1 QSC-nin xeyrinə 2502,94 manat əsas borc, 183,41 manat faiz borcu, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2716,75 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-941/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-941/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver