Məhkəmə qərarları › İş №2(074)-995/2020

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-995/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-995/2020 20.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarıının artırılması tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarıının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsasa görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən olmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Yəni iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə 30 manat dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsumu ödənilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)-675/2019 saylı qətnaməsi kserosurətdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 89-cu maddəsinə əsaslanaraq qeyd edirəm ki, məhkəməyə təqdim edilən yazılı sübutların ya əsli və yaxud da ki, lazımi qaydada (notarial və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada) təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli məktubuna istinadən qeyd edirəm ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən. aliment alınması haqqındakı iddialarda-iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarıının artırılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar