Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-101/2020 30.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat ofisinə qarşı “1/3 miras payın ona məxsus hesab edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Küngüt kəndində yerləşən 53 kv. m. olan evin və evin yerləşdiyi 1285 kv. m. həyətyanı torpaq sahəsinin mərhum nənəsi X1 adına qeyd edilmiş 1/3 miras payın, həmçinin 0,1815 ha torpaq sahəsinin 1/3 miras payın ona məxsus hesab edilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxx 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş, xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxış iclasında mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasını və məhkəməyə təqdim etdikləri sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat ofisinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat ofisinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat ofisinə qarşı “1/3 miras payın ona məxsus hesab edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-101/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-101/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver