Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1014/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli 007A********** saylı və 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 358,28 manat məbləğində kredit borcu, 5,35 manat məbləğində faiz borcu və 176,15 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 539 (beş yüz otuz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borcun, 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 2220,25 manat məbləğində kredit borcu, 33,03 manat məbləğində faiz borcu və 1123,05 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3376 (üç min üç yüz yetmiş altı) 33 (qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə 09.10.2019-cıı il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 358,28 (üç yüz əlli səkkiz) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.11.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 358,28 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05.04.2021-ci il tarixə 508 gün üçün hesablanmış faiz borcu 5.35 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 05.04.2021-ci il tarixə 508 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 176.15 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə 09.10.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2220,25 (iki min iki yüz. iyirmi) manat 25 (iyirmi beş) məbləğində kredit götürmüşdür. Cavabdeh, kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.11.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 2220.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05.04.2021-ci il tarixə 508 gün üçün hesablanmış faiz borcu 33.03 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 05.04.2021-ci il tarixə 508 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1123.05 manat təşkil edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi X1 04 iyun 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, ona İddiaçı QSC ilə 09.10.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 358,28 (üç yüz əlli səkkiz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa, ona İddiaçı QSC ilə 09.10.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2220,25 manat məbləğində kredit götürmüşdür. Lakin maddi vəziyyəti aşağı olduğundan borcunu vaxtında ödəyə bilməmişdir. Lakin borcunu qəbul edir. Qardaşı hərbiçi olmaqla Vətən meharibəsi veteranıdır. Onun borclarını da qardaşı ödəyir. Borcunu hissə-hissə ödəyəcəkdir. Cərimə məbləğində ona köməklik edilməsini istəyir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 1% olmaqla 60 ay müddətinə 358,28 manat məbləğində kredit verilmişdir. İşdə olan 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 1% olmaqla 60 ay müddətinə 2220,25 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 007A********** saylı 007A********** saylı kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə olan borcu 2220,25 manat əsas, 33,03 manat faiz, 1123,05 manat cərimə olmaqla, cəmi 3376,33 manat təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki Cavabdeh İddiaçı QSC ilə 09.10.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 358,28 (üç yüz əlli səkkiz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa, cavabdeh İddiaçı QSC ilə 09.10.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2220,25 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 007A********** saylı kredit müqaviləsi üzrə 176.15 manat, 007A********** saylı kredit müqaviləsi üzrə 1123,05 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli 007A********** saylı və 09.10.2019cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilməli və Cavabdeh İddiaçı QSCnin xeyrinə 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 358,28 manat məbləğində kredit borcu, 5,35 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 373,63 manat məbləğində borc, 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 2220,25 manat məbləğində kredit borcu, 33,03 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2303,28 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli 007A********** saylı və 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilsin; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 358,28 manat məbləğində kredit borcu, 5,35 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 373,63 manat məbləğində borc; 09.10.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 2220,25 manat məbləğində kredit borcu, 33,03 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2303,28 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsum tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1014/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1014/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver