Məhkəmə qərarları › İş №2(075)-1015/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1015/2021

29.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1015/2021 29.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Rüstəmov Tural Siracəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X2, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 13 may 1990-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, X9 onun qızıdır. X9 13 may 1990-cı il tarixdə anadan olmuşdur.Qızı- X4 tibbi diaqnozu əqli gerilik və davranış pozğunluğudur. O, öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin nəticələrini, bu nəticələrin törədə biləcəyi fəsadları anlaya bilmir, özünü ifadə etməyi və nə istədiyini sözlə izah etməyi bacarmır, yemək yeyərkən sabit olaraq bir yerdə dayana bilmir. O, nəzarətsiz qalanda öz hərəkət və davranışına nəzarəti itirir və aqressivləşir.Qardaşı uşaqları ilə davranışında kəskin aqressiya göstərir və nəzarətsiz qalarsa, onları vurur. Həcər onunla məşğul olmayanda bədbinləşir. Özünü ifadə edə bilmədikdə hirsli olur. Qızı Həcər öz hərəkətlərini anlaya bilmədiyindən onun mənafeyi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır.Qızı-X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizəsi əsaslıdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən maraqlı şəxs X7 göstərdi ki, həqiqətən də, Ərizəçi,həmçinin onun qızı- X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. Ərizəçi bununla bağlı lazımi sənədləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən X9 öz hərəkətlərinin mənasını anlamır və onları idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən də ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs nümayəndəsi X3 göstərdi ki, həqiqətən də, Ərizəçi qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. Ərizəçi bununla bağlı lazımi sənədləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, X9 öz hərəkətlərinin mənasını anlamır və onları idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmir. İşdə olan Şəki rayonu Oxud kənd soveti tərəfindən 25 may 1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13 may 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, onun atası X7, anası isə Ərizəçidır. İşdə olan AZE seriyalı, 16484809 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 13 may 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş və Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatındadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1960-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş və Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatındadır İşdə olan Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən 23 fevral 2021-ci il tarixdə verilmiş 190 nömrəli arayışda göstərilmişdir ki, Şəki rayonu, Oxud kəndində yaşayan 1990cı il təvəllüdlü X9 24.06.2016-cı il tarixdən X6 dispanser müşahidəsindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 418 nömrəli rəydən görünür ki, X9 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında ərizəçinin, maraqlı şəxsin,maraqlı şəxsin nümayəndəsinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 13 may 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatında olan və hal-hazırda həmin ünvanda yaşayan X9 uzun müddətdir ki, psixi xəstəliyindən əziyyət çəkir. Hətta, X9 24.06.2016-cı il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Anası- Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 may 1990-cı il təvəllüdlü qızı- X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X9 orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin də müvafiq rəyi vardır. X4 anası, hazırki iş üzrə Ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 may 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatında olan və hal-hazırda həmin ünvanda yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ərizəçi dövlət rüsumunu tələb etmədiyindən 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13 may 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatında olan və hal-hazırda həmin ünvanda yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsum xərci özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ Az 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 tel: (024) 244-70-13, faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-1015/2021 29 sentyabr 2021-ci il Ərizəçi: Ərizəçi (Şəki rayonu, Oxud kəndi) Maraqlı şəxslər: X5 (Şəki rayonu, Oxud kəndi) Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilk Komisiyasına (Şəki şəhəri, 20 Yanvar küçəsi) Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2 (075)-1015/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə 02 vərəqə, 03 səhifə Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar