Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1027/2021 07.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 avqust 2018-ci il təvəllüdlü X5 və 11 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, iddiaçı Eyvazova (Əlimova) Türanə Nizamı qızı Cavabdeh ilə 05 yanvar 2018-ci il tarixdə Şəki şəhər İHB-nın Suçma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından iki övladları - 29 avqust 2018-ci il tarixdə X8 və 11 noyabr 2019-cu il tarixdə X7 anadan olmuşlar. Ailə hayatı qurduqları müddətdə birlikdə yaşasalar da artıq cavabdehin ona və azyaşlı uşaqlarına qarşı biganə yanaşması səbəbindən faktiki olaraq ayrılmışlar. Belə ki, 2021-ci ilin mart ayının sonundan iddiaçı cavabdehdən ayrı yaşayır. Azyaşlı uşaqları onun himayəsindir. Hazırda cavabdehlə heç bir münasibəti yoxdur. İddiaçı özü heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. Cavabdeh bir valideyin kimi uşaqlarına heç bir köməklik göstərmir. Cavabdeh özü fərdi əməklə məşğul olur. Cavabdehin fərdi əməklə məşğul olmasına baxmayaraq qazancından uşaqlarına baxılması üçün heç bir köməklik göstərmir. Təkbaşına uşaqların pal-paltarının, sağlamlığının və maddi təminatnın qeydinə qalmaq heç cür mümkün deyildir. Buna baxmayaraq cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı Eyvazova (Əlimova) Türanə Nizamı qızı ilə 05 yanvar 2018-cı il tarixdə Şəki şəhər İHB-nın Suçma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşlar. Onlar ailə qurduqdan sonra Şəki rayonu, Dərəcənnət kəndində yaşamışlar. Lakin iddiaçı kənddə yaşamaq istəmədiyi üçün Bakı şəhərində köçmüş, daha sonra isə uşaqları da özü ilə aparmışdır. Aralarında bağlanmş nikah pozulmamışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Bildirdi ki, o, uşaqlarının onun yanında qalmalarını istəyir. Buna görə də aliment ödəmək fikri yoxdur. Göstərmişdir ki, marşurut sürücüsü işləyir, gündəlik qazancı 5-10 manat təşkikl edir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan AZ-İİ 231602 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 05 yanvar 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Eyvazova soyadı verilmişdir. İşdə olan AZ-İV 136868 və AZ-İV 387022 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 05 yanvar 2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan cavabdehlə münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı nəzərə alaraq belə qənaətə gəlir ki, 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 04 may 2021-ci il tarixdən hesablanmalı, məhkəmə qətnaməsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 29 avqust 2018-ci il təvəllüdlü X8 və 11 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1027/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1027/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver