Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-104/2021 01.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Ramazanova (Abdullayeva) Fatimat Salman qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Ramazanova (Abdullayeva) Fatimat Salman qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ramazanova (Abdullayeva) Fatimat Salman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində yaşayan Cavabdeh təzyiq altında saxladığı xx xxxxxx 2003-cü il təvəllüdlü qızı X2 onun yanına qaytarılması və məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının hər uşaq üçün 50 manatdan artırılaraq hər uşaq üçün 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə himayəsində saxlanılmış xx.xx.2004-cü il təvəllüdlü X14 üçün müəyyən edilmiş 50 manat aliment məbləğinin artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Abdullayeva (Ramazanova) Fatimat Salman qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il tadixdə anadan olmuş X21 oglunun onun himayəsinə verilməsi, xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq ücün 50 manat olmaqla cəmi 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarına gəldikdə isə bu məbləğ Respublikada uşaqlar ücün müəyyən edilmiş yaşayış mıniumdan 3 dəfədən azdır. Bu məbləğ uşağın hec bir həftəlik yaşayışı ücün yetərli deyil. Ona görə də uşaqların saxlanılması ücün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarın artırılmasına zərurərt vardır. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. Həmçinin göstərmişdir ki, övladı X6 hal-hazırda atasının yanına getmiş və atası ilə birlikdə yaşayış. Bildirmişdir ki, Nailənin xx.xx.2021-ci il tarixdə artıq 18 yaşı da tamam olmuş, hətta artıq ailə də qurmuşdur. Buna görə də hazırda himayəsində olan X21 ogluna münasibətdə alimentin artırılmasını məhkəmədən xahiş edir. Göstərmişdir ki, keçmiş həyat yoldaşı olan cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan uşaqları da vardır. İddiasını müdafiə edir. Alimentin hansı məbləğdə artırılması məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il tadixdə anadan olmuş X21 oglunun Abdullayeva (Ramazanova) Fatimat Salman qızının himayəsinə verilməsi, hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları ücün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin ondan tutularaq Abdullayeva (Ramazanova) Fatimat Salman qızına ödənilməsi qət edilmişdir. Bu günə qədər aliment məbləğini qüsursuz olaraq ödəmişdir. Göstərmişdir ki, birinci nikahdan olan uşağı X6 2020-ci ilin yay fəslinin sonunda anasının yanından ayrılaraq onun yanına gəlmiş, bir daha da anasının yanına qayıtmayacağını bildirmişdir. Hal-hazırda Nailə onun yanında kənddə yaşayır və 18 yaşı tamam olmuşdur. Göstərmişdir ki, sonrdan Rəşidə adlı şəxslə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı 3 uşaqları olmuşdur. Hazırda o, heç bir yerdə işləmir. Təyin edilmiş aliment məbləğlərini belə ödəməkdə çətinlik çəkir. Hazırda ailəli olmasının və himayəsində 3 azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X10 və xx xxxxxx 2004-cü il tadixdə anadan olmuş X21 oglu Abdullayeva (Ramazanova) Fatimat Salman qızının himayəsində saxlanılmış, hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları ücün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin Cavabdeh tutularaq Abdullayeva (Ramazanova) Fatimat Salman qızına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşaqlardan biri Nailə yetkinlik yaşına çatmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə himayəsində saxlanılmış xx.xx.2004-cü il təvəllüdlü X14 üçün müəyyən edilmiş 50 manat aliment məbləğinin artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X9 adlı 3 uşaqları olmuşdur. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-52/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X10 xx xxxxxx 2004-cü il tadixdə anadan olmuş X21 oglunun Abdullayeva (Ramazanova) Fatimat Salman qızının himayəsinə verilməsi, xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları ücün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin X11 tutularaq Abdullayeva (Ramazanova) Fatimat Salman qızına ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 191950 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, Cavabdeh ilə X12 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 366236 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X1r. İşdə olan AZ-İV 421156, AZ-İİİ 516329 və AZ-İV 015848 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası Ağayeva (Abdullayeva) Rəşidə Mübariz qızıdır. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli, 7/1685 nömrəli rəyindən görünür ki, məsələyə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli iclasında baxılmışdır. Komissiyanın iclasında iddiaçı Ramazanova (Abdullayevə) Fatimat Salman qızı, Cavabdeh və birgə nikahdan olan övladları xx.xx.2003cü il təvəllüdlü X10 iştirak etmişlər. İddiaçı Ramazanova (Abdullayevə) Fatimat Salman qızı çıxışında uzun müddətdir ki, xx.xx.2003-cü il təvəllüdlü övladı X10 ilə görüşmədiyini bildirmişdir. İddiaçı qeyd edir ki, qızı avqust ayında ad günü adı ilə atasının yanına getmiş, həmin gündən bir daha geri qayıtmamışdır. İddiaçı çıxışında cavabdehin uşağı təhsildən yayındırdığını, uşağın heç bir problemi ilə maraqlanmadığını bildirdi. Komisiyanın iclasında çıxış edən Cavabdeh uşağa heç bir təyziq göstərmədiyini, uşağın öz istəyi ilə onun yanında qaldığını bildirdi. Komissiyanın iclasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, valideylərin iştirakı olmadan xx.xx.2003-cü il təvəllüdlü X10 ilə ətraflı tərbiyələndirici söhbətlər aparılmışdır. Söhbət zamanı xx.xx.2003-cü il təvəllüdlü X3 təkidlə atası ilə yaşamaq istədiyini bildirmişdir. Həmçinin xx.xx.2003-cü il təvəllüdlü X10 atasının yanına öz istəyi ilə getdiyini qeyd etdi. Tərəfimizdən Cavabdeh yaşadığı evin məznil-məişət şəraiti barədə müayinə aktı tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh Şəki rayonu Baş Göynük kəndində yaşadığı ev özünə məxsusdur. Ev 0.12 ha torpaq sahəsində, ümumi yaşayış sahəsi 80 kv.metr olan 3 (üç) otaq, 1 (bir) mətbəxdən ibarət fərdi yaşayış evidir. Evin suyu, işığı, hamamı və sanitar qovşağı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərini, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, real şəraiti nəzərə alaraq 27.01,2003-cü il təvəllüdlü X3 ata-Cavabdeh yanında qalması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Ramazanova (Abdullayeva) Fatimat Salman qızının Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)- 52/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Ramazanova (Abdullayeva) Fatimat Salman qızının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan da 3 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2004-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(075)-52/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 75 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh iddiaçı Ramazanova (Abdullayeva) Fatimat Salman qızına qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-104/2021 saylı qərardadı nəzərə alınmalıdır. Göründüyü kimi təyin edilmiş 75 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon xx xxxxxx 2013-cü il tarixli, 2(075)-52/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər 75 sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq Ramazanova (Abdullayeva) Fatimat Salman qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh iddiaçı Ramazanova (Abdullayeva) Fatimat Salman qızına qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-104/2021 saylı qərardadı nəzərə alınsın. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-104/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-104/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver