Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-105/2022 07.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1, cavabdehlər Cavabdeh2, X24, Cavabdeh4 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, mülkiyyətdən isdifadəyə törədilən maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “əmlakın bölünməsi, payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməyi və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 noyabr 2021-ci il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan həmin evin və torpaq sahəsinin ona düşən 18/54 hissə payının naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsinin 18/54 hissəsi onun, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi X11, 6/54 hissə Cavabdeh3, 6/54 hissə Cavabdeh4 paylı mülkiyyətindədir. Bildirmişdir ki, həmin ünvanda 1992-93-cü illərdən yaşamışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun paylı mülkiyyətində olan torpaq sahəsindən, fərdi yaşayış evindən istifadə etməyinə imkan vermirlər. Göstərmişdir ki, həmin evin 24.3 kv.m olan otağından istifadə etməyinə və orada əşyalarının olmasına baxmayaraq Cavabdeh1 həmin otağa çıxış pilləkənindən onu istifadə etməyə qoymur. Həmin pilləkənin özünə məxsus olduğunu bildirir və hazırda da həmin pilləkənin ətrafında müəyyən qanunsuz tikinti işləri aparır. Halbuki, həmin daşınmaz əmlak paylı müəkiyyətdə olmaqla naturada bölünməmiş və Cavabdeh1 payı naturada ayrılmamışdır. Həmçinin qeyd etmişdir ki, onun və cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsində icazəsiz tikililər inşa edilmişdir ki, həmin tikililər bir mülkiyyətçi kimi onun icazəsi olmadan qanunsuz olaraq inşa edilmiş, torpaq sahəsi cavabdehlər tərəfindən özbaşına bölünmüşdür. 07.09.2021-ci il tarixli, 2221 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda da qeyd edilmişdir ki, yaşayış evinin ümumi sahəsi 130.2 kv.m olan hissəsi, o cümlədən 44.3 kv.m 2 yaşayış otağı və 85.9 kv.m köməkçi sahəsi icazəsiz artırılmışdır. Həmin tikililər onun mülkiyyətində hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdehlərin özünün istədiyi kimi özbaşına paylı mülkiyyətdə olan əmlakı bölməyə hüququ yoxdur. Paylı mülkiyyətdə olan həmin daşınmaz əmlakın naturada bölünməsi də qeyri mümkündür. Ona görə də o, həmin qanunsuz tikililər cavabdehlərin öz vəsaiti hesabına sökülməli, o, həmin evə köçürülməli və cavabdehlər tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəsinə törədilən maneələr aradan qaldırılmalıdır. Lakin onunla cavabdeh arasında cavabdehlərin hazırkı faktiki bölgüsünə dair heç bir razılaşma olmamışdır. Cavabdehlər qanunsuz olaraq paylı mülkiyyətdə olan fərdi yaşayış evini və torpaq sahəsini bölmüşlər. Bundan əlavə cavabdehlər onun icazəsi və razılığı olmadan paylı mülkiyyətdə olan torpaq sahəsində texniki pasportda göstərilməyən tikililər inşa etmişlər. Lakin cavabdehin inşa etdiyi qanunsuz tikililərin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir və onun icazəsi olmadan cavabdehlər orada tikinti işləri apara bilməzdilər. Həmçinin cavabdehlər ona mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermirlər və o, orada yaşaya bilmir. Ona görə də o, paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçülürməlidir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən paylı mülkiyyətdə onun təxminən 4 metr eni, 5 metr olan 1 otaqlı evi vardır. O, həmin evdə 17 il yaşamışdır. Son 13 ildir ki, Bakı şəhərində kirayədə yaşayır. Lakin cavabdehlər, xüsusən də Fəxriyar onun paylı mülkiyyətində olan evinə köçməyə və orada yaşamağına maneçilik törədirlər. Belə ki, cavabdehlərdən Mahirlə Tahir qeyri-qanuni bölgü apararaq özlərininki hesab etdiyi ərazini hasarlamışlar. Fəxriyar da özünə aid olmasını hesab etdiyi ərazini hasarlamaq istəyir. Həmçinin Fəxriyar onların hər ikisinin istifadəsində olan pilləkandan ona istifadə etməyinə mane olur. Ümumiyyətlə cavabdehlər həyəti qanunsuz olaraq hasarlamaqla ona evində yaşamağa və ondan istifadə etməyinə maneçilik yaradırlar. Göstərmişdir ki, qeyd edilən ünvandakı evdə onun 18/54 payı vardır və onun həmin payı naturada ayrılmamışdır. Qarşılıqlı iddianı da əsassız hesab edir. Buna görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahat verərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ev 10.05.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən hər birinin 1/3 hissə payı olmaqla atası X3, əmiləri X16 və X25 paylı mülkiyyətlərində olmuşdur. Bildirmişdir ki, atasının 1/3 hissə payı ilə bağlı vərəsəlik işi açılmış və vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən onun payı olan 1/3 hissə adına qeydiyyata alınmış, əmisi X17 1/3 hissə payı hər birinə 1/3 hissənin 1/3 hissəsi olmaqla vərəsələri olan Zənfirənin, Mahirin və Tahirin adlarına qeydiyyata alınmışdır. X2 1/3 hissə payı isə öz adında qalmışdır (02.08.2021-ci il tarixli **********68- 10301 reyestr nömrəli çıxarış). Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə X2 gəlinidir. İddiaçı 2021-ci ildə qaynatası X16 1/3 hissə payına vərəsəlik işi açdırmış, vərəsəlik hüququna dair şəhadətnamə almış və bunun əsasında ona daşınmaz əmlakın dövlət reyestrindən 07 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin 18/54 hissəsi onun, 18/54 hissəsi İddiaçı, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi Cavabdeh4 paylı mülkiyyətlərindədir. Bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız 18/54 hissəsi 11.11.2021-ci il tarixli çıxarışla cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı evin paylı mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməyinə imkan vermir. O, tez-tez yaşayış otaqlarına giriş pilləkəni ilə bağlı mübahisələr yaradır, həmin pilləkənin ona məxsus olduğunu bildirir. Halbuki, hələ atası və əmiləri sağ olarkən razılaşma əsasında öz aralarında yaşayış evini və həyətyanı torpaq sahəsini bölmüşlər. Həmin vaxtdan da sözügedən pilləkən onlara məxsus otaqlara giriş üçün qoyulmuşdur. Bu hal 1987-ci il tarixdə atasının adına tərtib edilmiş texniki pasporta da öz təsdiqini tapır. Ümumiyyətlə həmin pilləkən qoyulan zaman cavabdehin tələb etdiyi yerdə heç bir tikili olmamış, əşyalarını yığdığı otaq sonradan tikilmişdir. Buna baxmayaraq o, cavabdehə onun üçün öz hesabına yeni pilləkən qoydurmağı və hasar çəkdirməyi təklif etmişdir. Lakin cavabdeh qərəzli olaraq buna razı olmamışdır. Göründüyü kimi cavabdeh hüquqdan sui-istifadə edərək, qərəzli olaraq ona ziyan vurmaq niyyəti ilə belə hərəkətlər edir. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya payn ayrılması üsulu və şərtləri barədə cavabdeh heç cürə razılığa gəlmir. Bildirmişdir ki, onun evinə qalxan pilləkan Svetlana ilə onun birgə mülkiyyətindədir. Lakin Svetlana həmin pilləkandan qaydasında istifadə etmir. Belə ki, o pilləkandan istifadə edərkən ayaqqabısını çıxarmır, səs-küy salaraq otağına daxil olur. Bildirmişdir ki, həmin pilləkan rəhmətlik atası tərəfindən tikilmiş və hər ikisinin istifadə etməsinə razılıq vermişdir. Qeyd etmişdir ki, Svetlana onun əmisi oğlunun arvadı olmuşdur. Onlar təxminən 17 il qeyd edilən evdə yaşamışlar, lakin əmisioğlu vəfat etdikdən sonra iddiaçı təxminən 2009-cu ildən Bakı şəhərində yaşayır. İddiaçının həmin ünvanda 1 otaqlı evi və evin içində əşyaları var. Bildirmişdir ki, qeyd edilən ünvandakı ev faktiki olaraq onlar arasında bölünmüşdür. Lakin onların heç birinin payları rəsmi olaraq naturada bölünməmişdir. O özü də özünə aid olan hissədə hasar çəkmək istəyir, lakin iddiaçı buna imkan vermir. İlkin iddianı tamamilə əsassız hesab edir. Onun iddiasının isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 digər Cavabdeh1 izahatına oxşar olan izahat vermiş, həmçinin göstərmişdir ki, onlara aid olan torpaq sahəsi və evləri faktiki olaraq hasarla ayrılmışdır. Lakin, onlara məxsus pay naturada ayrılmamışdır. Göstərmişdir ki, ümumiyyətlə həmin mübahisəli evdə heç kəsi payı naturada ayrılmamışdır. Onların İddiaçı məxsus olan evdən istifadəsinə və yaşamasına heç bir etirazı yoxdur. İddiaçı iddiasını əsassız hesab edir və onun iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 digər Cavabdeh1 izahatına oxşar olan izahat vermiş, həmçinin göstərmişdir ki, onlara aid olan torpaq sahəsi və evləri faktiki olaraq hasarla ayrılmışdır. Onların İddiaçı məxsus olan evdən istifadəsinə və yaşamasına heç bir etirazı yoxdur. İddiaçı iddiasını əsassız hesab edir və onun iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin heç bir iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 9 (yeni qaydalarla: ünvan 7 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 18/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1 qızının, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3 və 6/54 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 08 may 1993-cü il tarixli, qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X16, 1/3 hissəsi X4, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 9 (yeni qaydalarla: ünvan 7 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 1/3 hissəsi X4, 1/3 hissəsi X16, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 1992-ci il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı ünvan 9 ünvanında qeydiyyatda olan X9, qızı ünvan 10 ünvanında qeydiyyatda olan X5, oğlu ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh1, qızı ünvan 9 X10, qızı ünvan 11 ünvanında qeydiyyatda olan X6r və onların hər biri miras əmlakdan 1/5 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli miras payın bağışlanılması müqaviləsindən görünür ki, X9, X10, X5 və X12 07.07.2021-ci il tarixli, 2V-439 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hər birinə çatası 1/3 (üçdə bir) hissənin 1/5 (beşdə bir) hissə olan paylarını vərəsələr sırasında olan Cavabdeh1 bağışlamışlar. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 9 (yeni qaydalarla: ünvan 7 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi X16, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh3, 1/3 hissənin 1/3 hissəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.09.1988-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi ünvan 9 ünvanında qeydiyyatda olan qızı X18r və o miras əmlakdan 6/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.09.1988-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi oğlu X29 olmuş, lakin onun 03.07.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsəsi ünvan 13ında qeydiyyatda olan X7, ünvan 13ında qeydiyyatda olan X26 və ünvan 13ında qeydiyyatda olan X21r və onarın hər biri miras əmlakdan 2/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.09.1988-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi oğlu X30 olmuş, lakin onun 22.03.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsəsi ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı və ünvan 9 ünvanında qeydiyyatda olan X19r və onarın hər biri miras əmlakdan 3/54 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 209.9 kv/m olan fərdi yaşayış evinin və 0.072 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus olan 1/3 hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18 avqust 2021-ci il tarixdə tərtib edilmiş 2221 inventar nömrəli, **********68-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, ünvan 9-da (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48-də) 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı ev 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 07 sentyabr 2021-ci il tarixli, 2221 invertar nömrəli, reyestr nömrəsi **********68-10301 olan texniki paportundan görünür ki, ünvan 9 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin 2/54 hissəsi X1, 2/54 hissəsi X13, 2/54 hissəsi X20, 3/54 hissəsi İddiaçı, 3/54 hissəsi X14, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi X15 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, **********68-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 9 (yeni qaydalarla: ünvan 7 ünvanında 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə 3/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1 qızının, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi X15, 2/54 hissəsi X1, 2/54 hissəsi X13, 2/54 hissəsi X20 və 3/54 hissəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş 2221 inventar nömrəli, **********68-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, ünvan 9-da (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48-də) 0.072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı ev 92.6 kv.m yaşayış, 117.3 kv.m köməkçi sahədən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 11 noyabr 2021-ci il tarixli, 2221 invertar nömrəli, reyestr nömrəsi **********68-10301 olan texniki paportundan görünür ki, ünvan 9 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin 18/54 hissəsi İddiaçı, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi Cavabdeh4, 6/54 hissəsi Cavabdeh2, 6/54 hissəsi Cavabdeh3 mülkiyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 10/7348 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 9 (yeni qaydalarla: Şəki şəhəri, Bağbanlar küçəsi, ev 48) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca girişçıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və.s) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9, bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ilkin iddia və qarşılıqlı iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsinin 18/54 hissəsi Svetlananın, 18/54 hissəsi Cavabdeh1, 6/54 hissəsi X11, 6/54 hissə Cavabdeh3, 6/54 hissə Cavabdeh4 paylı mülkiyyətindədir. Göründüyü kimi həm iddiaçının, həm də cavabdehlərin paylı mülkiyyətdə olan payları naturada ayrılaraq bölünməmişdir. Yəni Şəki şəhəri, Bağbanlar küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 209.9 kvadrat metr olan fərdi yaşayış evi və həmin evin yerəşdiyi 0,072 hektar torpaq sahəsi üzərində iddiaçının 18/54 hissə payı naturada ayrılaraq bölünməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının ünvan 1 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş icazəsiz inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülməsi tələbinə dair hissəsi əsassızdır və iddianın bu hissəsi təmin edilə bilinməz. Belə ki, cavabdehlər tərəfindən inşa edilməsi ehtimal edilən tikililərin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tikilməsi müəyyən olunmur. Yəni iddiaçı qanunsuz tikililərin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı təxminən 30 il qeyd edilən ünvan 1 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində olan 209.9 kvadrat metr olan fərdi yaşayış evində yaşamışdır. Hər iki tərəfin bildirdiyinə görə həmin evin tərkibində iddiaçının təxminən 24 kv.m ölçüdə 1 otaqlı evi, həmçinin həmin evin içərisində iddiaçının yaşaması üçün lazımı əşyaları vardır. Müəyyən olundu ki, iddiaçı 1992-ci ildən 17 il həmin evdə yaşamış, 2009-cu ildən isə Bakı şəhərinə köçərək deməsinə görə orada kirayə yaşayır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər onun köçərək orada yaşamsına maneçilik yaradırlar. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa sazişi olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməli, həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələr qadağan edilməli, iddianın ünvan 1 ünvanında yerləşən 0,072 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən icazəsiz inşa edilmiş tikililərin onların öz hesabına sölkülməsi tələbinə dair hissəsi, həmçinin Cavabdeh1 İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan həmin evin və torpaq sahəsinin ona düşən 18/54 hissə payının naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Cavabdeh1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X8 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 209.9 kvadrat metr olan fərdi yaşayış evinə köçürülsün və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq səhəsindən istifadəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələr qadağan edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh1 İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209,9 kv m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,072 ha torpaq sahəsinin bölünməsi, paylı mülkiyyətdə olan həmin evin və torpaq sahəsinin ona düşən 18/54 hissə payının naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X8 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-105/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-105/2022
07.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver