Məhkəmə qərarları › İş №2(075)-11/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-11/2023

07.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-11/2023 07.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və Cavabdeh7 qarşı “tikilinin sökülməsi,evə köçürülmə və maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Qasim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,1748 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X22, X37 və Cavabdeh7 tərəfindən inşa edilmiş texniki pasportda mövcud olmayan qanunsuz tikililərin və qanunsuz hasarın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X22, X37 və Cavabdeh7 hesabına sökülməsi, onun və ailə üzvləri X8, X14 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 135,5 kvadrat metr olan fərdi yaşayış evinə köçürülmələri və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X22, X37 və Cavabdeh7 tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə göndərərək, ünvan 1 ünvanında yerləşən 0,1748 hektar torpaq sahesinde cavabdehlər X29, Cavabdeh3, X9, Cavabdeh5 və Cavabdeh1, X22, X37 və Cavabdeh7 tərəfindən inşa edilmiş texniki pasportda mövcud olmayan qanunsuz tikililərin va qanunsuz hasarın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X18, Əsədova X3 hesabına sökülməsi, onun və ailə üzvləri Həsənova X13 və Rzayeva Tacəddin qızı, X14 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 135,5 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməyi və həmin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, X22, X37 və Cavabdeh7 tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması, cavabdehlər Cavabdeh3 və X10 **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan "C" tikilisindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər X32, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 etiraz ərizəsi göndərərək bildirdi ki, onlar iş üzrə iddiaçı ilə, İ dərəcəli qohumluq münasibətləri üzrə bir ailənin üzvləridirlər. Daha doğrusu, iddiaçı cavabdehlərdən birinin doğma oğlu, qalanlarının isə doğma qardaşıdır. İddiaçının mübahisəli ünvan üzrə iddia etdiyi qanunsuz tikililərin və hasarlamaların, iddiaçının iddia etdiyi ümumi birgə mülkiyyətə heç bir aidiyyatı yoxdur. İddia ərizəsində qeyd edilən tikili və hasarlamalar birgə mülkiyyətin əhatə dairəsində deyil, zəbt torpaq sahəsindədir ki, həmin hasarlamalar və tikili iddiaçının hüquqi cəhətdən mənaeləri dairəsinə aid deyil. İddianın əsassızlığına görə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izaha verərək bildirdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 135.5 kvadrat metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1748 hektar torpaq sahəsinin 1/3 hissəsi isə Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ümumi birgə mülkiyyətində, 1/3-in hissəsi Cavabdeh6 və 1/3 hissəsi Cavabdeh7 mülkiyyətindədir. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, Cavabdeh6 və Cavabdeh7 onun paylı mülkiyyətində olan torpaq sahəsindən, fərdi yaşayış evindən və orada inşa edilmiş yardımçı tikililərdən onun və ailə üzvlərinin istifadə etməsinə imkan vermirlər. Bir müddət əvvəl cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 həyətə giriş darvazasını qıfılla bağlamış onların həyətə girişlərinə mane olurlar. Həmçinin onlar tərəfindən istifadə edilən tövləni də Cavabdeh1 və Cavabdeh3 bağlamış və onların əmlakları orada qalmış, orada saxladıqları ərzaq məhsulları xarab olmuşdur. Həmçinin onun və cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsində texniki pasportda mövcud olmayan qanunsuz tikililər inşa edilmişdir ki. həmin tikililər bir mülkiyyətçi kimi onun icazəsi olmadan qanunsuz olaraq inşa edilmiş, torpaq sahəsi cavabdehlər tərəfindən özbaşına bölünmüş, hasarlanmışdır. Həmin tikililər və mişar daşından inşa edilən hasar onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Beləliklə cavabdehlər onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehlərin özünün istədiyi kimi özbaşına paylı mülkiyyətdə olan əmlakı bölməyə hüququ yoxdu. Paylı mülkiyyətdə olan həmin daşınmaz əmlakın naturada bölünməsi də qeyri mümkündür. O həmin evin və torpaq sahəsinin ona düşən hissəsinin naturada bölünməsi və ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etsə də Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(075)-4221/2Ö18 saylı qətnaməsi ilə həmin daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığı üçün iddiası təmin edilməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh3 oğlu izahatında göstərdi ki, 2010-cu il tarixdə mülkiyyətçilərin öz aralarındakı razılığa əsasən, o, payına düşən torpaq sahəsində ev tikdirmişdir. Həmin ev tikilən zaman iddiaçı tərəfindən ona heç bir maneə törədilməmişdir. İddiaçının faktiki olaraq yaşadığı evin və torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbi ilə qismən razıdır. O, hal-hazırda anası və bacıları yaşadığı evin aşağı mərtəbəsində yaşayır. Qardaşı Şöhrətin adına isə “C” tikilisi vardır. Həmin ev tikilərkən iddiaçı buna razılıq vermişdir. O hal-hazırdada iddiaçının yaşadığı evi və həyətyanı sahəni onun adına rəsmiləşdirilməsinə etiraz etmir. 2010-cu il tarixdə bütün mülkiyyətçilər razılığa gələrək öz aralarında bölgü aparmışlar və həmin bölgüyə əsasən onun payına zəbt olunmuş torpaq sahəsi düşmüşdür. Qanuni olaraq isə həmin torpaq sahəsinin bölünməsi mümkün deyildir. Odur ki, iddianın qismən təmin olunmasına etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, X17, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 (AZ5500, ünvan 3 ünvanında 0,1748 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 135.5 kvadrtat metr olan fərdi yaşayış evi X22, X23, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 12 noyabr 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27 dekabr 2000-ci il tarixdə vəfat etmiş X15 vərəsələri Cavabdeh2, İddiaçı oğğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır və onların hər biri miras əmlaklardan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Şəki şəhər, Ərazi idarəsinin 26.10.10 il tarixli və ********** qeydiyyat nömrəsinə əsasən 0.1748 ha torpaq sahəsi, 67.3 kv/m yaşayış sahəsi, 60.2 kv/m köməkçi sahəsi, 135.5 kv/m ümumi sahəsi, beş yaşayış otağından ibarət Şəki şəhəri, V.Məmmədov küçəsi, 19 saylı evdən ibarətdir. İş materiallarında olan 19 dekabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 08 mart 2005-ci il tarixdə vəfat etmiş X1 Cavabdeh7dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 verilmiş **********49-10301 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.1748 a torpaq sahəsin və onun üzərində tikilmiş olan ümumi sahəsi 135.5 kv/m olan mərhuma məxsus 1/3 hissəsi olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 1945-ci il tarixdə vəfat etmış X24 vərəsəsi X19ər və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X30 verilmiş **********49-10301 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak 0.1748 ha paylı mülkiyyətdə olan torpaq sahəsinin və ümumi sahəsi 135.5 kv/m olan fərdi yaşayış evinin mərhum X30 məxsus 1/3-in 4/5 hissəsindən ibarətdir. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X5 şəhəri, Vüqar Məmmədov küçəsi, 19 ünvanında yerləşən ümumi sahəsi 135.5 kv/m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.1748 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/3 hissə) Cavabdeh6 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “X7” 22 aprel 2021-ci il tarixli, 94 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən MA seriyalı, **********49-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X29, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 birgə mülkiyyətlərində olan Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, 19 ünvanında yerləşən ümumi sahəsi 0.1748 ha olan torpaq sahəsinin 1/3 hissəsindən iddiaçı Cavabdeh1 payına düşən 1/6 hissəyə uyğun bölgünün aparılması mümkün deyildir. Bölgünün mümkün olmamasına səbəb tədqiq olunan torpaq sahəsində texniki pasportda öz əksini tapmayan müxtəlif təyinatlı tikililərin olması və həmin tikililərə payların müəyyən edilməməsi, eləcə də təcrid şəkilində ayrılması nəzərdə tutulan boştorpaq sahəsinin olmamasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 10/4545 nömrəli rəyindən görünür ki, **********49-10301 reyestr nömrəli texniki pasport sənədindində mövcud olmayan, hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarının tələblərinin pozulmadığı və **********49-10301 reyestr nömrəli texniki pasport sənədindində qeydi yaşayış sahəsi (anbar) kimi qeyd olunan “D” və “C” tikililərinin istifadəsi zamanı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Qərardadın 2-ci sualına tikinti ekspertizasının səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “X7” 12 may 2022-ci il tarixli, 47 nömrəli mütəxəssis rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə-Azərbaycan Respublikası MDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, **********49-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/3 hisse ahmedova Sevda Tacəddin qızı, 1/3 hissə X29, İddiaçı, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh1 birge, 1/3 hissə Cavabdeh7 mülkiyyətlərində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1748 hektar torpaq sahəsinə dair texniki pasportda mövcud olmayan sonradan inşa edilmiş fərdi yaşayış evi, 1.6 m hündürlüyündə olan hasar tikilisi, cavabdeh tərəfindən quraşdırılmış darvaza Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 71, 73 və 80-cı maddələrinin tələblərinə uyğun inşa edilməmişdir. Qərardadın 2-ci sualı üzrəhəmin ünvanda Cavabdeh1 tərəfindən quraşdırılmış darvazanın və tövlənin qapısının mövcudluğu İddiaçı öz hüquqlarını həyata keçirilməsinə maneəçilik törədib-törətməməsi hüquqi məsələ olduğundan ekspert tərəfindən cavablandırılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə-Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 135,5 kvadratmetr olan fərdi yaşayış evinin cavabdehlər Cavabdeh6 istifadəsində olan 1/3 hissəsinin və Cavabdeh7 istifadəsində olan 1/3 hissəsinin faktiki olaraq naturada ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*un tələbinə uyğun deyildir. Bölgünün aparılmamasına səbəb bölgü aparıldığı halda torpaq sahəsinin təyinatı üzrə istifadəsinin yararsız hala düsməsi və paylara uyğun təyinatı üzrə tikililərin olmamasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə mərkəzinin 21 iyul 2022-ci il tarixli, 10/1486 nömrəli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə-**********49-10301 reyestr nömrəli texniki pasport sənədindində qeydi yaşayış sahəsi (anbar) kimi qeyd olunan “D” və “C” tikililərinin istifadəsi və tikintisi zamanı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozduğu müəyyən olunmuşdur. Qərardadın 2-ci sualına tikinti ekspertizasının səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın 3-cü sualı üzrə-tədqiq olunan baxış keçirilən zaman mübahisə predmeti olan fərdi yaşayış evinin bütün hissələri təqdim edilmədiyindən baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda qərardadın 3-cü sualının cavablandırılmasl mümkün olmamışdır. İş materiallarında olan X32 tərəfindən verilmiş 23 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, o İddiaçı ünvan 1 ünvanında yerləşən 135,5 kvadrat metr olan fərdi yaşayış evinə köçürülməsinə etiraz edir. Onların yenə əvvəlki kimi yaşadıqları qeyri-yaşayış sahəsində yaşamaqlarını istəyir. İddia tələbində qeyd edilən dəmir darvaza və tövlə onun tərəfindən bağlanmışdır və hazırda hesab edir ki, həqiqətən də İddiaçı və onun ailəsinin hüquqlarını pozur. Ona görə də o həmin darvazanın və tövlənin qapısının məhkəmə qaydasında açılmasına etiraz etmir. Odur ki, torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən göndərilmiş vəsatətdən görünür ki, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspertin qarşısında: 1) **********49-10301 reyestr nömrəli texniki pasport sənədində mövcud olmayan, ümumi uzunluğu 49 m, hündürlüyü isə 1.60 m olan hasar **********49-10301 reyestr nömrəli texniki pasport sənədində mövcud torpaq sahəsinin qonşu torpaq sahəsi ilə sərhəddə, küçə boyunca və ya torpaq sahəsinin içərisində inşa edilmişdir? 2) **********49-10301 reyestr nömrəli texniki pasport sənədində mövcud olmayan, ümumi uzunluğu 49 m, hündürlüyü isə 1.60 m olan hasar **********49-10301 reyestr nömrəli texniki pasport sənədində mövcud torpaq sahəsinin qonşu torpaq sahəsi ilə sərhəddə, küçə boyunca və ya torpaq sahəsinin içərisində inşa edilmişdir? 3) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evinin Cavabdeh6 istifadəsində olan 1/3 hissəsi və Cavabdeh7 istifadəsində olan 1/3 hissəsi faktiki olaraq bir-birlərindən və Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan 1/3 hissədən və birbirlərindən ayrılmışmıdır? 4) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evinin faktiki olaraq cavabdehlər Cavabdeh6 Taceddin qızının istifadəsində olan 1/3 hissesi və X16 istifadesində olan 1/3 hissesinin faktiki olaraq özbaşına ayrılması tikinti norma ve qaydalarına ve "İnşaat Norma ve Qaydaları" 2.08.01.89 -un telebine uyğundur mu? 5) Azərbaycan Respublikası MDK yanında DeDRX-nin 12 saylı Ərazi İdarəsi terefinden verilmiş 11 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlet reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahesi 135,5 kvadrat metr olan fərdi yaşayış evinin faktiki olaraq cavabdehlər X4 istifadəsində olan 1/3 hissəsi və Cavabdeh7 istifadesinde olan 1/3 hissesi hansı yolla ayrılmışdır ve hemin ayrılma zamanı inşa edilmiş tikililer tikinti norma ve qaydalarına ve "İnşaat Norma ve Qaydaları" 2.08.01.89-un tələbinə uyğundur mu? Kimi sualların qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən göndərilmiş 23 mart 2023-cü il tarixli vəsatətdən görünür ki, İş üzrə, İddiaçı və cavabdehlərdən Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 eyni ailənin uşaqları olmaqla, cavabdehlərdən biri, Cavabdeh2 ilə, mərhum X25 cütlüyünün övladlarıdırlar. İş üzrə, başqa cavabdehlər, yəni ünvan 6 ünvanlarında yerləşən ümumi yaşayış evinin, hər biri 1/3 payla mülkiyyətçisi olduqları Cavabdeh7 və X22 və X21, illər öncə bütün ev sakinlərinin ümumi razılığı ilə, onların 1/3 payları bölünərək ayrılmış və əslində onların, hazırkı mübahisəyə heç bir aidiyyatları da yoxdur. ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilmiş texniki pasportda mövcud olmayan qanunsuz tikili yoxdur. Evin texniki passportunda qeyd edilən "D" va "C" tikililərində uyğun olaraq, İddiaçı ailəsi ilə və Cavabdeh3 ailəsi ilə məskunlaşmışlar. İş üzrə cavabdehlərdən Cavabdeh1 (o) isə, öz ailəsi ilə birlikdə, ümumi evə qalxan pilləkən altındakı kiçik sığınacaqda daldalanırlar. Texniki passportda evə aid torpaqdakı zəbt sahə kimi qeyd edilən ərazidə yerləşən, "F" qrifi ilə işarələnmiş tövləni, yaşayış sahəsinə çevrməklə mənim ailəmin yaşaması üçün ayrılması, illər öncə bütün ailə üzvləri ilə razılaşdırılmışdır. İddiaçı özü və ailəsi ayrıca olaraq, ünvan 4 ünvanında yerləşən evə aid texniki passportda "D" qrifi ilə qeyd edilən tikilidə yaşayır və onun bütün yazışmalarından, belə bir təəssürat yaranır ki, ünvan 4 ünvanında yerləşən evin mülkiyyətçisi təkcə onun özüdür. Halbuki, əslində iddiaçı öz iddiası ilə başqa mülkiyyətçilərin haqqına girir. İddia ərizəsində açılması tələb edilən darvazanın və "F" qrifi ilə işarələnmiş tövlənin, açarları ondadır və hesab edir ki, ata yurdundan ona düşən pay olaraq, həmin darvaza və tövlə yerləşən 1.5 sot torpaq sahəsi onun təbii haqqıdır. Çünki, iddiaçıya "D" qrifi ilə işarələnmiş tikiliyə əlavə, 3,5 sot torpaq sahəsi, Cavabdeh3 isə "C" qrafiki ilə işarələnmiş tikiliyə əlavə 2,5 sot torpaq sahəsi artıq ayrılmışdır. Cavabdehlər, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 isə atalarının yurdundakı 3,5 sot torpaq sahəsi olan 1 otaqlı evdə yaşayırlar. Hesab edir ki, iddiaçı ata yurdundan özünə düşən payı artıqlaması ilə almış və indi də başqalarının haqqına girməyə çalışır. İddia ərizəsində qeyd edilən, darvaza və tövlə qapısıyla bağlı, ondan başqa kimsənin sərəncam vermə hüququ yaranmayıb. Bundan başqa darvaza və tövlə zəbt torpaq sahəsində yerləşir. İddia tələbi rədd edilməli və iddiaçıya başa salınmalıdır ki, öz oğul balasını evləndirmək, başqalarının hüquqlarını pozmaqla və haqqlarına girmək bahasına edilməməlidir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən göndərilmiş 05 aprel 2023-cü il tarixli vəsatətdən görünür ki, məhkəmə tərəfindən, iş üzrə tərəflərə təklif edilmiş barışığın, iş üzrə iddiaçının israrla qəbul etməməsi və onun, barışıq mövzusu zəminində öz iştahasında direniş göstərməsi səbəbli, hesab edir ki, iş üzrə aşağıda qeyd edilənlərlə iddia tələbi rədd edilməlidir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin, iş üzrə bir neçə dəfə keçirilmiş tikinti-texniki ekspertizalarının və sonuncu xx.xx.2023-cü il tarixli, 10/6566 saylı ekspert rəylərindən görünür ki, 1) ünvan 8 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsində, iş üzrə cavabdehlərin inşa etdiyi, "Texniki Pasport"-da mövcud olmayan qanunsuz tikili yoxdur. 2) ünvan 8 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 135,5 kv.m olan fərdi yaşayış evi və həmin evə məxsus 0,1748 ha torpaq sahəsinə tərtib edilmiş **********49-10301 reyestr saylı "Texniki Pasport"-da mövcud olmayan, hasar tikilisinin inşası zamanı, tikinti norma və qaydalarının tələbləri pozulmamışdır. 3) İş üzrə, ünvan 9 ünvanlarında yerləşən ümumi yaşayış evinin, 21 va 23 saylı evlərinin mülkiyyətçilərinin, hazırkı mübahisə üzrə, cavabdehlər qismində, iddia ərizəsində qeyd edilmələri əsassızdır. 4) İş üzrə iddiaçının (öz ailəsi ilə birgə), ünvan 8 ünvanında yerləşən evə məxsus, 0,1748 ha torpaq sahəsində, evin "Texniki Passport"-unda, "D" qrifi ilə qeyd edilən tikilidə məskunlaşmışına və ona, bölünmüş torpaq sahəsinin ən böyük hissəsinin ayrılmasına rəğmən, "C" qrifi qeyd edilmiş tikilinin boşaldılmasını, cavabdehlərdən tələb etməsi, absurddur. 5) Cavabdehlər təfindən işə əlavə edilmiş razılıq aktı ilə, Şəki şəhəri, V.Məmmədov küçəsi,ev 19 ünvanında yerləşən evə məxsus 0,1748 ha torpaq sahəsi üzrə, tərtib edilmiş "Texniki Passport"-da, zəbt sahə kimi qeyd edilən ərazidə yerləşən, "F" qrifi ilə işarələnmiş tövlənin, qanunla yaşayış sahəsinə çevrməsilə, iş üzrə Cavabdeh1-nun ailəsinin məskunlaşması üçün ayrılması, illər öncə bütün ailə üzvləri ilə razılaşdırılmışdır. Göstərilənlərə əsasən, iddiaçının tələbi əsassız olduğundan iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının, cavabdehlərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsi və ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evi iddiaçı və cavabdehlərə vərəsəlik üzrə keçərək onların payları müəyyən olunmaqla birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi ekspert rəyi ilə naturada bölünməsi mümkün deyildir. Lakin İddiaçı və cavabdehlər ümumi razılıq əsasında həmin torpaq sahəsində müxtəlif yerlərində ekspert rəyi ilə təyinatı müəyyən edilməyən tikililər inşa edilmiş və hər biri əvvəlcədən müəyyən etdikləri tikililərdə yaşayırlar. "Texniki Passport"-da, zəbt sahə kimi qeyd edilən ərazidə yerləşən, "F" qrifi ilə işarələnmiş tövlənin və Darvazanın isə həmin torpaq sahəsinin girişinə maneə törətməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlər baxımından məhkəmə qeyd edir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsi və ümumi sahəsi 135,5 kvadrat metr olan fərdi yaşayış evi üzrə birgə mülkiyyətçi olduğundan onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmə və texniki pasporta mövcüd olmayan həyətyanı sahə daxilində uzunluğu 49 metr, hündürlüyü isə 1.60 metr olan hasarın sökülməsi barədə tələbi əsaslıdır. İddiaçının digər tələbi ünvan 4 ünvanında yerləşən 0,1748 ha torpaq sahəsində inşa edilmiş Cavabdeh3 və X10 **********49-10301 reyestr nömrəli texniki pasport sənədində qeyri yaşayış sahəsi (anbar) kimi qeyd olunan "C" tikilisindən çıxarılmaları hissəsində isə həmin torpaq sahəsində inşa edilmiş tikililər hər birinin əvvəlcədən müəyyən etdikləri tikililərdə razılaşmaqla yaşayırlar. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasənPaylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. İddiaçının torpaq sahəsinə giriş darvazasının və tövlənin qapısının açılması hissəsində olan iddiası üzrə İddiaçı və cavabdehlərin birgə mülkiyyətində olan ona məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin iddiaçı tərəfindən zəbt edilməsini, ilk iddia üzrə tövlənin kimin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini, dəmir darvazanın kimin mülkiyyətində olan torpaq sahəsində quraşdırılmasını müəyyən etməyin mümkünsüz olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında yerləşən 135.5 kvadrat metr olan Cavabdeh2 istifadəsində olan hissədə fərdi yaşayış evinə köçürülsünlər. Texniki pasporta mövcüd olmayan həyətyanı sahə daxilində uzunluğu 49 metr, hündürlüyü isə 1.60 metr olan hasar cavabdehlərin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver