Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1108/2021 01.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166C ünvanında yerləşən qeyriyaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyriyaşayış binasının yan divarı arasındakı boşluq ərazidə ona məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, ona məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166C ünvanında yerləşən qeyri-yaşayış binasının çardağının və həmin qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 18 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 01 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Lakin 01 iyun 2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı oğluna yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1108/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1108/2021
01.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver