Məhkəmə qərarları › İş №2(075)-1121/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1121/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1121/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 1044 (min qırx dörd) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat cərimə 08.06.2020ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35166 olan X1 8 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə ümumilikdə 1841 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh «xxxx» MMC ilə 24.05.2020-ci il və 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV, İMEİ kodu **********35166 olan X1 8 markalı telefon almış və nəticədə 1841 (min səkkiz yüz qırx bir) manat borc yaranmışdır. Cavabdeh 24.05.2020ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1050 (min əlli) manat (yəni 18 ay x 58 manat + 6 manat ilkin ödəniş), olan HOFFMANN LED TV üçün ümumilikdə 1148 (min yüz qırx səkkiz) manat olmaqla ondan 1044 (min qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104 (yüz dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 08.06.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 677 (altı yüz yetmiş yeddi) manat (yəni 18 ay x 35 manat + 47 manat ilkin ödəniş), olan İMEİ kodu **********35166 olan X1 8 markalı telefon üçün ümumilikdə 693 (altı yüz doxsan üç) manat olmaqla ondan 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 (altmış üç) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 53 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 1044 manat ödənilməmiş hissə, 104 manat cərimə 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35166 olan X1 8 markalı telefon üçün 630 (manat ödənilməmiş hissə, 63 manat cərimə ümumilikdə 1841 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 1044 manat ödənilməmiş hissə, 104 manat cərimə 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35166 olan X1 8 markalı telefon üçün 630 (manat ödənilməmiş hissə, 63 manat cərimə ümumilikdə 1841 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar