Məhkəmə qərarları › İş №2(075)-1350/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1350/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1350/2020 06.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdeh X3 tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X7 iddia ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(075)-160/2009 nömrəli əmri ilə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdeh X3 hər iki uşağa görə 20 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra aliment məbləğinin artırılması barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(075)-1058/2010 nömrəli qiyabi qətnaməsi ilə xx xxxxxxxx 2010-cu il tarixindən başlayaraq xx xxxx 2004-cü il tarixdə anadan olmuş X8 və xx xxxx 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 50 (əlli) manat müəyyən edilməsi və iddiaçıya verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə üzrə cavabdeh ödəmədiyi aliment borcu məbləği yığılmışdır. Son vaxtlar cavabdeh alimenti ödəməyə başlamışdır. Əlavə olaraq göstərmişdir ki, cavabdeh Ukrayna Respublikasında yaşayır. Həmçinin bildirmişdir ki, cavabdeh orada ailə qurmuşdur və 1 azyaşlı uşağı uşağı vardır. Həmin uşaq 7 yaşında olmaqla 1-ci sinifdə oxuyur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı, Şəki Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(075)-160/2009 nömrəli əmri ilə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdeh X3 hər iki uşağa görə 20 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra aliment məbləğinin artırılması barədə iddiaçı məhkəməyə müraciət etmiş Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 50 (əlli) manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh sonradan ailə qurmuş və onun ikinci nikahdan 1 azyaşlı uşağı uşağı vardır. İddiaçı həmin aliment məbləği ilə uşaqlarınıntələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(075)-1058/2010 saylı qiyabi qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, xx xxxxxxxx 2010-cu il tarixdən başlayaraq xx xxxx 2004-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 50 manat müəyyən edilməsi və Şəki şəhəri, H.Çələbixan küçəsi, ev 6 a-da yaşayan X6 verilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(075)-1058/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin iddiaçının nümayəndəsinin cavabdehin başqa ailəsinin olması və himayəsində 1 azyaşlı uşağı olmasının etiraf edilməsini nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq heasb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(075)- 1058/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(075)-1058/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar