Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-145/2021 08.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 qarşı «tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiaları üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki rayonu Aşağı Daşağıl bələdiyyəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, Şəki rayonu X1 xx xxxx 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 3 ha hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsindən sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilmələrinə yaranmış maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçıların razılığı ilə cavabdeh Şəki rayonu Aşağı Daşağıl bələdiyyəsi əsl cavabdeh Şəki rayonu Aydınbulaq bələdiyyəsi ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı4 və İddiaçı2 xx xxxxxx 2021-ci il tarixdə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, Şəki rayonu X1 xx xxxx 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 2.1719 ha hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (yaşayış evi və tövlə) sükülməsi və onun əmlakı ilə birlikdə onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə sonuncu məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı4 və İddiaçı2 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı4 və İddiaçı2 Cavabdeh2 qarşı «tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-145/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-145/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver