Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1475/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx xxxx 1957-ci il təvəllüdlü X1 xx xxxxxx 2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X4 xx xxxx 1957-ci il tarixdə doğulmuş, xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Onu Şəki rayonunda yerləşən ailə qəbiristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, mərhum atalarına məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından atasına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin mərhum atasını sağlığında tanmışdır. İsrayıl Həzrətov 2007-ci ilin fevral ayının əvvəllərində vəfat etmişdir. Onun dəfn və yas mərasimində iştirakı etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum X4 xx xxxxxx 2007-ci ildə vəfat etmişdir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1980-ci il təvəllüdlü Ərizəçi atası İsrayıl Həzrətov, anası isə Bəsdi Həzrətovadır. İşdə olan Şəki rayonu Oxud kənd soveti tərəfindən xx xxxxxx 1979-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1957-ci il təvəllüdlü X4 ilə xx xxxxxx 1954-cü il təvəllüdlü İsmayılova Bəsdi qızı arasında xx xxxxxx 1979-cu il tarixdə bağlamış nikah 55 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-569/69 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində 2004-2010-ci illər üzrə yoxlama aparılmış, X1 ölüm faktı aşkar olunmamışdır. İşdə olan 1 ədəd qəbirüstü abidədə əks olunmuş fotoşəkildən görünür ki, X3 xx xxxx 1957-ci il tarixdə anadan olmuş xx xxxxxx 2007-ci il tarixdə isə vafat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi atası xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş, Şəki rayonundə ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi atası xx xxxx 1957-ci il təvəllüdlü X1 xx xxxxxx 2007-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbloğlunun və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1957-ci il təvəllüdlü X1 xx xxxxxx 2007-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1475/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1475/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver