Məhkəmə qərarları › İş №2(075)-1503/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1503/2020

27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1503/2020 27.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini məhkəməyə təqdim etdiyi gündən yetkinlik yaşına çatmayan 2011-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx xxxxxx 2010-cu il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bir müddət cavabdehlə səmimi ailə münasibətlərində yaşasalara da, sonradan bu münasibətlər pozulmuş və o nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2011-ci il təvəllüdlü X11 onun himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Lakin artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşaqlarının həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına azlıq edir və uşaqların normal təminatını ödəmir. Həmçinin bildirmişdir ki, cavabdehlə eyni kənddə yaşayır, buna görə də onun ailəli olduğunu bilir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, xx xxxxxx 2010-cu il tarixdə iddiaçı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bir müddət cavabdehlə səmimi ailə münasibətlərində yaşasalara da, sonradan bu münasibətlər pozulmuş və Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 saylı qətnaməsi ilə onunla İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2011-ci il təvəllüdlü X11 anasının himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Göstərmişdir ki, ikinci qrup əlildir və 233.20 manat məbləğində pensiya alır. Bundan başqa avtomobil ustasıdır və əldə etdiyi gəlir yalnız ailəsini dolandırmağa çatır. Bundan başqa ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan da xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 adlı 2 uşağı vardır. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 nömrəli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə Şəki şəhər İHB-nın Oxud kəndindəki nümayəndəliyində bağlanmış 23 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X4 anası X2 yanında qalması, X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağınıntələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə ikinci qrup əlil olmaqla 233.20 manat məbləğində pensiya almasını, ikinci dəfə ailə qurmasını və həmin nikahdan da xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 adlı 2 uşağının omasını bildirərək, qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətidən görünür ki, X6 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə Şəki şəhər İHB-nın Oxud kəndindəki nümayəndəliyində bağlanmış 23 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X4 anası X2 yanında qalması, X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 091293 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X15 arasında arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİİ 957269 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X5r. İşdə olan AZ-İV 224288 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X9 atası Cavabdeh, anası isə X5r. İşdə olan ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 80/3061 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Oxud kəndində yaşayan Cavabdeh İİ qrup əlilliyə görə hər ayda 233.20 manat pensiya alır. İşdə olan Şəki şəhər İHB-nın Oxud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1312 npmrəli arayışdan görünür ki, Şəki rayonu, Oxud kənd sakini Cavabdeh X10, X12 və X13 adlı ailə üzvləri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci qrup əlil olmaqla 233.20 manat məbləğində pensiya almasını, ikinci dəfə ailə qurmasını və həmin nikahdan da xx.xx.2017ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 adlı 2 uşağının omasını nəzərə alaraq iddianın qismən təmin edilməsini məqsədəmüvafiq heasb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin xx xxxxxx 2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-557/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar